28 C
Bakı
13 Avqust 2025 18:36
Dünya

Kim Çen In qızı ilə göründü – İLK DƏFƏ + FOTOLAR

Şimali Koreya lideri Kim Çen In ilk dəfə olaraq dünya ictimaiyyətinə qızını göstərib.

 

Sfera.az xəbər verir ki, ata və qızı birlikdə qitələrarası idarə olunan raket sınağını izləyib.

 

BMT Təhlükəsizlik Şurasının sanksiyalarına və beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, silah proqramını yenidən sürətləndirən Şimali Koreya dünən Yaponiya dənizinə doğru yeni qitələrarası ballistik raket atıb.

 

Şimali Koreyanın KCNA xəbər agentliyi Koreya lideri Kim və adı açıqlanmayan qızın hava limanında quraşdırılmış raket platformasının ətrafındakı fotoşəkillərini yayıb. “Hwasong-17” raketinin buraxılışını əks etdirən fotolar Kimin əlindən tutan ağ gödəkcə 12-13 yaşlı qızla gəzdiyini göstərir.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada hərbi komissrarlığa silahlı hücum olub – Hərbi komissar ölüb

redaktor

İranlı ekspertdən sensasiyalı iddia: “Hizbullah” peycerləri İran şirkəti vasitəsilə alıb”

redaktor

Tələbə universitetə balta ilə HÜCUM ETDİ: qadının başını kəsdi

admin