Kriminal

İnsanları xaricdə işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

Zərərçəkmiş şəxs müraciətində pulu qarşı tərəfin göndərdiyi kart hesabına köçürdüyünü söyləyib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dələduzluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Anar Rzayev olduğu müəyyən edilib. Aparılan əlavə araşdırmalarla həmin şəxsin sosial şəbəkə vasitəsilə tanış olduğu daha 3 nəfər Lənkəran sakininə qarşı dələduzluq etdiyi məlum olub.

Belə ki, A.Rzayev həmin şəxslərin etibarından sui istifadə edərək müxtəlif məbləğlərdə pullarını xaricdə işə düzəlmək adı ilə alaraq mənimsəyib.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

“A.Rzayevin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa Lənkəran ŞRPŞ-yə və ya ərazi polis orqanına müraciət edə bilərlər”., – məlumatda qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıdan Fransaya gedən “Teleqram”ın yatadıcısı Pavel Durov Parisdə həbs edildi

admin

Professor Mayis Əliyevin evinə HÜCUM EDİLDİ: Əl-ayağını kəndir və kabellə… –

admin

Xankəndidə usta belində “Makarov”la tutuldu – Boş evlərə daxil olub və…

admin