25.3 C
Bakı
13 İyun 2026 11:27
Kriminal

“Whatsapp”da qızları fahişəliyə cəlb edən qadın saxlanıldı

Azərbaycanda yeniyetmə qızları fahişəliyə cəlb edən qadın ifşa edilib.

Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Məmmədova Nuranə Maksim qızı barəsində Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanları fahişəliyə və əxlaqsız əməllər cəlb etmə) və 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan olunub.

İttihama görə, N. Məmmədova paytaxtın Yasamal rayonu Elmlər Akademiyası yaxınlığında mənzildə qalırmış. O, “Whatsapp” vasitəsilə yeniyetmə qızlarla əlaqə yaradaraq, onları cinsi istismara cəlb edib. Belə ki, o, cinsi münasibətə razı saldığı qızları Gəncə şəhərinə apararaq, burada 100 manat müqabilində kişilərlə görüşdürüb. Həmin pulun 30-40 manatını da özünə götürüb.

Tacxeber.com

Oxşar xəbərlər

Monteneqroda dəhşət: 11 nəfər küçədə güllələndi

redaktor

Naxçıvanda müəllimin şagirdə təcavüz etdiyi bildirilir – hələ ki, müəllimə də gözün üstə qaşın var deyən yoxdur

admin

Bakıda “Məni bağışlayın, şef” yazıb, kassanı oğurladı

admin