DünyaSiyasət

Ruslar təşviş içində: Üçüncü müdafiə xətti qurulur

Melitopol yaxınlığında ruslar üçüncü müdafiə xəttini qurur və komendant saatını tətbiq edirlər.

Bu barədə “RİA-Melitopol” məlumat yayıb.

Məlumata görə, ruslar Polyanovka kəndindən bütün yerli əhalini çıxarıb, ora beton bloklar gətirirlər:

“Ruslar insanların bağlarında səngər qazırlar. İşğalçılar öz aralarında üçüncü müdafiə xəttini qurduqlarını və Ukrayna Silahlı Qüvvələrinin hücumunu gözlədiklərini müzakirə edirlər. Onların qoşunları artıq təşviş içindədir, ruslar Ukrayna ordusunun tezliklə Kaxovkaya girəcəyini müzakirə edirlər və Ukraynanın Krıma daxil olacağından qorxurlar. Polyanovka yaxınlığında daha çox düşmən əsgəri var. İşğalçılar artıq uşaq bağçası, ibtidai məktəb binalarında, fərdi yaşayış evlərində məskunlaşırlar. Ruslar yerli sakinlərin şəxsi nəqliyyatını əlindən alıb və hər kəsə saat 16:00-dan sonra küçəyə çıxmağı qadağan ediblər”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur dietoloq deputatın yalanını üzə çıxardı: “Quzu əti…”

redaktor

Onlar həmin gün evlənmir, ölü basdırmır və … – Bu dini qəbul etmək çox çətindir

admin

Vardanyan Bakı həbsxanasından Paşinyana cavab verdi

redaktor