28 C
Bakı
11 Avqust 2025 22:06
Hadisə

Rusiyada azərbaycanlı deputatın kafesindəki yanğına görə qadın tutuldu

Sverdlovsk rayon Məhkəməsi Kostromada azərbaycanlı deputat İxtiyar Mirzəyevə məxsus yanan “Poliqon” gecə klubunun işini təşkil edən “İmperiya” şirkətinin direktoru Natalya Belenorova iki ay həbs edib.

Tacxeber.com bildirir ki, bu barədə TASS məlumat yayıb.

Belenoqova 2023-cü il yanvarın 4-dək həbsdə olacaq. Qeyd olunur ki, iclas zamanı o, etiraz edib və məhkəmədən ev dustaqlığı istəyib.

Daha əvvəl bildirilmişdi ki, qadın Rusiya Cinayət Məcəlləsinin 3-ci maddəsinin 238-cü hissəsi ilə “təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi haqqında”cinayət işində şübhəli bilinib.

Noyabrın 5-nə keçən gecə Kostromada regional Dumanın deputatı İktiyar Mirzəyevə məxsus “Poliqon” gecə klubu yandırılıb, 13 nəfər ölüb. İstintaq Komitəsinin vilayət üzrə idarəsi iki və ya daha çox şəxsin səhlənkarlıqla ölümünə səbəb olan maddə ilə cinayət işi açıb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan daxili işlər naziri Arif Heydərovun qətli SSRİ-də ən səsli-küylü qətllərdən oldu

admin

Goranboyda qayınata gəlinə qumbara atdı

redaktor

Malı geri “Temu”ya qaytararkən içinə zibil qoyub göndərirlər.

admin