DünyaMuharibə

Krım körpüsü üçün sonun başlanğıcı?

Britaniyanın “The Telegraph” nəşrinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski hərbi komandanlığa Krım körpüsünü tamamilə sıradan çıxarmaq tapşırığı verib.

Noyabrın 18-də 11 müxtəlif silah sisteminin iştirakı ilə endirilən sarsıdıcı zərbə nəticəsində körpünün avtomobil hissəsi Kerç boğazına uçub, strateji dəmir yolu xəttinə isə ciddi ziyan dəyib. Əməliyyatda 1000 km məsafədəki hədəfləri vura bilən Ukrayna istehsalı “Neptun” qanadlı raketləri əsas rol oynayıb.

Bu il istehsalı yüzlərlə ölçüləcək “Neptun” raketləri Rusiyanın dərinliklərindəki infrastruktur üçün ciddi təhdidə çevrilib. Ukraynalı hərbçilərin mesajı isə aydındır: körpülərimizə və enerji infrastrukturumuza edilən hücumlar cavabsız qalmayacaq. Putin ilhaqının əsas rəmzi olan bu körpünün tam məhvi Kiyev üçün həm böyük hərbi uğur, həm də mühüm siyasi qələbə olacaq.

 

İbrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Putinin məqsədi Ukraynanı tamamilə məhv etməkdir

redaktor

Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb

admin

Müasir Rusiya respublikasının banisi kim hesab edilməlidir?

redaktor