ABŞ siyasi tarixində ilk dəfə olaraq qaradərili siyasətçi Nümayəndələr Palatasının sədri olacaq. Seçkilərdə qalib gəlmiş demokratlar bu vəzifəyə Hakim Ceffrisi layiq görüblər. Konqresin yeni tərkibi 2027-ci ilin yanvarında fəaliyyətə başlayacaq. Hələ ki bir neçə dairədə səslərin sayılması davam edir. Yekunda palatada demokratların azı 259, respublikaçıların isə maksimum 176 yerə sahib olacağı gözlənilir.
Hazırkı tərkibdə azlıq lideri olan 1970-ci il təvəllüdlü Hakim Ceffris Nyu-Yorkdandır və hüquqşünasdır. Özünün və qardaşının (Həsənr) adları ərəb kökənli olsa da, Kabo Verde (Yaşıl Burun Adaları) əsilli xristian-baptist ailədən gəlir.
H.Ceffris Ukraynanın fəal dəstəkçilərindən biridir. Trampın elçiləri Uitkoff və Kuşner Putinin nəzərinə çatdırıblar ki, sülh üçün yanvara qədər fürsət pəncərəsi var və demokratların nəzarətinə keçəcək Konqres həm Rusiyaya, həm də Tramp və onun komandasına qarşı sərt mövqe tutacaq. Lakin Putin o qədər reallıqdan uzaq, əcaib və sərsəm tələblər irəli sürür ki, heç dostu Tramp da bu tələblərin bir çoxuna razı ola bilməz.
