DünyaGündəmİqtisadiyyat

Putin iqtisadi uğurlardan danışır, amma Rusiyada yanacaq böhranı artır

Rusiya prezidenti Vladimir Putin Çində keçirilən APEC biznes sammitində ölkəsinin sanksiyalara davam gətirdiyini bildirib. Ukraynanın neft emalı zavodlarına zərbələri isə yanacaq çatışmazlığı riskini artırır.

Tacxeber.com “The Washington Post”a istinadən xəbər verir ki, enerji eksperti Sergey Vakulenkonun qiymətləndirməsinə görə, son həftələrdəki hücumlar Rusiyanın neft emalı istehsalının təxminən yarısını sıradan çıxarıb. Ekspert təmir işləri aparılsa belə, yanacaq qıtlığının yaranacağını proqnozlaşdırır.

Putin noyabrın 18-də Şençjendəki çıxışında xarici təzyiqlərin Rusiyanı zavodlarını modernləşdirməyə və məhsuldarlığı artırmağa sövq etdiyini söyləyib. O, son üç ildə iqtisadiyyatın 10 faizdən çox böyüdüyünü vurğulayıb.

Bununla belə, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2026-cı il üçün cəmi 0,4 faiz artım gözləyir. Müharibədən sonra müdafiə sənayesinin hesabına sürətlənən iqtisadi artım artıq zəifləyib.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Uzunmüddətli hərbi əməliyyatlar İsrail ordusunda yeni ixtisar qərarlarına səbəb olub

redaktor

Bambılı diktator

redaktor

Konqresin hakimi

redaktor