İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonun müharibəni davam etdirəcəyi təqdirdə ABŞ-ı “əsl cəhənnəm”lə hədələyib.
Əraqçi sosial mediada yazıb: “Amerikalı seçicilər seçimlərini ediblər. İndi Ağ Evin öz seçimini etməsinin vaxtıdır”.
Nazirin sözlərinə görə, İranın təklifi iki gün qüvvədə qalır. Bu təklif Tehranın tələblərinə, o cümlədən bütün cəbhələrdə müharibəyə son qoyulmasına riayət etməyi nəzərdə tutur.
İran Xarici İşlər Nazirliyinin rəhbəri xəbərdarlıq edib ki, “Yaxud müharibəni seçin – və o zaman ayıq-sayıq, döyüşdə möhkəm olan döyüşçülərimizin sizə necə əsl cəhənnəm göndərəcəyini görəcəksiniz”.
