Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan fövqəladə bir vəziyyət yaranmasa 8 noyabr Zəfər Günü münasibətilə Azərbaycana səfər edə biləcəyini bildirib. Azərbaycanda bəzi media orqanları, sosial şəbəkkə istifadəçiləri isə Ərdoğanın səfər ehtimalını qətiləşmiş qərar kimi təqdim edir, bunun üzərinə təhlillər aparırlar.
Halbuki, Ərdoğanın açıqlamasında diqqət çəkən ziddiyyətli məqamlar var. Məsələn, Ərdoğan həmin açıqlamasında İstihbarat Başkanını, Dışişleri Bakanını Azərbaycana göndərdiyini bildirir. Hazırda Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatına İbrahim Kalın rəhbərlik edir ki, açıq mənbələrdə onun Azərbaycana son dəfə 2024-cü ildə səfər etdiyi haqqında məlumat var. Həmin məlumat isə belədir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumunda iştirak edib. Həmin dövrdən bəri İbrahim Kalının Azərbaycana səfər etməsi ilə bağlı açılq mənbələrdə hər hansısa məlumat yoxdur.
Ərdoğanın söyədiklərini həqiqət kimi qəbul etsək ortaya iki sual çıxır: Birincisi, Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın Azərbaycana səfər edibsə, bu səfər Türkiyə və Azərbaycan ictimaiyyətdən nə üçün gizli saxlanılıb?
İkinci sual isə onunla bağlıdır ki, Türkiyə ilə Azərbaycan arasında nələr olur ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədrinin məxfi səfərinə ehtiyac yaranıb?
Ərdoğanın Azərbaycan səfəri ilə bağlı açıqlamasındakı ziddiyyətlər bunlarla yekunlaşmır. Türkiyə prezidenti Azərbaycanlı həmkarı telefon danışıqları apardığını, dövlət başçılarının həyat yoldaşları arasında telefon danışığının olduğunu bəyan edib. Prezident İlham Əliyevin sonuncu dədə Türkiyəli həmkarı ilə 21 oktyabr 2026-cı ildə telefonla danışdığı haqqında məlumatdan başqa iki ölkənin lideri arasında telefon danışığı olduğuna dair açıq mənbələrdə heç bir məlumat yoxdur. Birinci vitse-prezident Mehriban Əliyevanın son bir ayda Türkiyə prezidentinin həyat yoldaşı Əminə Ərdoğanla telefon danışığı olduğunu təsdiq edən heç bir məlumat da yoxdur. Üstəlik də, Ərdoğanın 8 noyabr Zəfər Günü münasibətilə Azərbaycana dəvət edildiyini təsdiq edən heç bir rəsmi məlumat da yoxdur. Vəziyyət deyəsən, məşhur məsəldə deyildiyi kimidir.
MC TV-i isə Ərdoğanın Azərbaycana gözlənilən səfərini çox ilginc başlıqla təqdim edib. Qənaətimcə gerçəkliyə yaxın bir başlıq seçiblər.
