1984-cü il təvəllüdlü epidemioloq Abdul Əl Sayed Miçiqanda respublikaçı rəqibini rahat məğlub edib. Abdul demokratların sol (proqressiv) qanadına yaxındır.
Seçki kampaniyası zamanı Tramp Abdulu cihadçı kimi təqdim etməyə çalışaraq demişdi ki, o senator seçilərsə, Senat binasına X-ray cihazından keçirilərək buraxılmalıdır.
Misir əsilli Abdul Əl Sayed İsrail əleyhdarıdır və Fələstini dəstəkləyir. Lakin o, antisemitizmə qarşı olduğunu və yəhudiləri sevdiyini bildirir. ABŞ-dakı ən güclü İsrail lobbi təşkilatı AİPAC həm demokratların ön seçimində, həm də seçki kampaniyası zamanı Əl Sayedin qarşısını kəsmək üçün 42 milyon dollar xərcləyib.
