DünyaSiyasət

ABŞ-da “9 ballıq zəlzələ”nin episentri…

Respublikaçılar üçün ən böyük fəlakət Kanzasda baş verib. ABŞ orta qərbinin fermer mərkəzlərindən olan, ənənəvi olaraq respublikaçılara səs verən Kanzasda demokratlar nə az, nə çox – düz 94 il sonra Senat seçkilərində qalib gəlib. 1964-cü il təvəllüdlü Adam Hamilton mövcud senator Rocer Marşallı məğlub edib. Axırıncı dəfə demokratlar burada qalib gələndə “Böyük depressiya” davam edirdi…

A.Hamilton teoloqdur və yerli metodist kilsə icmasının rəhbəridir. Xalq arasında sevilən pastor Hamilton liberal-konservativ dünyagörüşə sahibdir. Kampaniya dövründə Tramp və Vens onu dindən uzaqlaşmaqda, “voukist” olmaqda ittiham etsələr də, göründüyü kimi, “cənub küləyinin sakinləri” (yerli hinduların dilində Kanzas bu mənanı verir) uzun illərdir tanıyıb, inandıqları din adamına bağlılıqdan vaz keçməyiblər.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Teksas maviyə boyandı…

redaktor

ABŞ-də hakimiyyəti sonda yenə seçki qutusu müəyyənləşdirdi

redaktor

İsrailə sədaqət partiyaya sədaqətdən yüksək imiş!

redaktor