DünyaGündəmSiyasət

ABŞ-də hakimiyyəti sonda yenə seçki qutusu müəyyənləşdirdi

Beləliklə, Demokratlar Nümayəndələr Palatasını da, Senatı da böyük fərqlə udurlar.

Əslində, “demokratlar udur” deməkdən çox, “respublikaçılar uduzdu” demək daha düz olar. Çünki sorğularda camaat hər iki partiyadan narazılıq edirlər, amma respublikaçıların son iki illik siyasətindən daha çox narazıdırlar.

Əslində, 2024-də də Tramp udmamışdı, Biden uduzmuşdu. Bideni uduzduran səbəb isə xarici siyasətdən narazılıq idi.

İndi respublikaçıları uduzduran əsas səbəb isə benzinin, dizelin qiyməti, inflyasiya oldu. Xarici siyasətdən də narazılıq var, amma sorğularda camaat əsasən iqtisadiyyatı səbəb göstərir.

Bu seçkidə Azərbaycanın geydirmə seçkilərində gördüyüm bir-iki şey də oldu.

Alyaskada demokratlar respublikaçı namizədlə rəqabətdə gedib bir dənə onunla eyni adda adam tapıb, namizədliyini verməyə razı salıblar ki, respublikaçıların səslərini parçalasınlar. Keçmişdə, 20 il əvvəl-filan, bizim hökumət də gedib müxalifətçilərlə eyni adda adam tapıb, namizəd kimi qeydə alırdı.

Bir də burada senatorların biri vəfat etmişdi, Trampın yaxın adamı idi. Respublikaçılar onun yerinə bacısını təyin etmişdilər.

Fərq ondadır ki, burada enində-sonunda hər şey qutuda həll olunur. Həmin senatorun yerinə təyin olunmuş bacısı da bu gecə uduzdu.

Bizdə isə atanın yerinə qızını, oğlunu, ərin yerinə arvadını ağa təyin edir, vəssalam, məsələ həll olunur.

P.S. Bu şəkli 11 il əvvəl Konqresin binasında çəkdirmişəm. Durduğum nöqtə keçmişdə ABŞ paytaxtı Vaşinqton şəhərinin ən mərkəzi nöqtəsi idi, üstündə döşəmədə işarə də var. Paytaxt üçün torpağı Merilend və Virciniya ştatları vermişdilər. Amma sonra Virciniya ştatı federal hökumətdən narazı olur və verdiyi ərazisinin bir hissəsni paytaxtdan geri istəyir, Konqress də qaytarır, nəticədə paytaxtın ərazisi həm kiçilir, həm də ərazisinin forması dəyişir.

 

Altay Göyüşov

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da “9 ballıq zəlzələ”nin episentri…

redaktor

Teksas maviyə boyandı…

redaktor

İsrailə sədaqət partiyaya sədaqətdən yüksək imiş!

redaktor