DünyaSiyasət

Növbəti U dönüşü

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında yaranmış indiki gərginlik çoxlarını təəccübləndirib. Axı Azərbaycanla Türkiyənin birliyini Əliyev qədər təbliğ edən yox idi. İndi nə oldu?

Bundan iki il əvvəl Rusiyada Azərbaycan sərnişin təyyarəsinin vurulmasından sonra Əliyevin Vladimir Putinə qarşı sərt ritorikası da çoxlarını təəccübləndirmişdi. Həmin hadisə Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən cəmi bir neçə həftə sonra baş vermişdi.

Görünür, rəsmi Bakı keçmiş biznes ortağı olan Trampın o vaxt yenidən hakimiyyətə gəlməsini xarici siyasət manevrləri üçün əlverişli fürsət hesab etmişdi.

İndi isə Azərbaycan hakimiyyətinin xarici siyasətində növbəti U dönüşünün şahidi oluruq. Bu dəfə dönüşün ünvanı Ankaradır. Əliyevlə Ərdoğan arasında yaranmış gərginlik indiyədək nümayiş etdirilən qardaşlıq ritorikası ilə ciddi ziddiyyət təşkil edir.

Bunun izahını bəlkə də noyabrın 3-də ABŞ-da keçiriləcək Konqresə aralıq seçkilərin nəticələrində axtarmaq lazımdır. Son sorğular və proqnozlar Demokratların Nümayəndələr Palatasında çoxluğu ələ keçirə biləcəyini göstərir. Bu isə Trampın siyasi təsir imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.

Bu baxımdan Əliyevlə Ərdoğan arasında yaranmış gərginliyi Tramp düşərgəsindəki mərkəzdənqaçma proseslərinin mümkün təzahürü kimi qiymətləndirmək olar.

Hər şey onu göstərir ki, rəsmi Bakı xarici siyasət kursunu müəyyənləşdirərkən Vaşinqtondakı siyasi küləklərin istiqamətini diqqətlə izləyir. Trampın siyasi mövqelərinin güclənməsi bir istiqamətdə, zəifləməsi isə tamamilə başqa istiqamətdə manevrlərə yol aça bilir.

 

Mustafa Hacıbəyli

Tacxeber.com

Oxşar xəbərlər

“Turan yolu”: ortaq kimlik, yoxsa məzhəb sərhədləri?

redaktor

Tramp: ‘Demokratlar qalib gəlsələr, Mister Veto olacağam’

admin

Türkiyə–Azərbaycan münasibətləri: Səbəb və nəticə…

redaktor