DünyaSiyasət

Tramp: ‘Demokratlar qalib gəlsələr, Mister Veto olacağam’

ABŞ prezidenti Donald Tramp bildirib ki, noyabrın 3-də keçiriləcək aralıq seçkilərində Demokratlar Partiyası qalib gələrsə, o, Konqresin qəbul edəcəyi bütün qərarlara veto qoymaq niyyətindədir.

“Əgər bu baş versə, mən Mister Veto olacağam”, – Tramp “Fox News” telekanalının aparıcısı Miranda Devaynın “Pod Force One” podkastına verdiyi müsahibədə deyib. Prezidentin fikrincə, bu cür ardıcıl vetolar demokrat konqresmenləri onunla razılaşmaya getməyə məcbur edə bilər.

Sabah – noyabrın 3-də ABŞ Konqresinə aralıq seçkiləri keçiriləcək. Rəy sorğuları Trampın Respublikaçılar Partiyasının demokratlardan geri qaldığını göstərir. Ehtimallara görə, demokratlar Nümayəndələr Palatasında böyük çoxluq, Senatda isə cüzi üstünlük əldə edə bilərlər.

Buna baxmayaraq, D.Tramp seçki kampaniyasında fəal iştirak edir və müxtəlif ştatlara səfərində seçiciləri respublikaçılara səs verməyə çağırır. O, hələ sentyabrda vəd etmişdi ki, respublikaçılar qalib gəlsə, hər bir yetkin amerikalıya 5 min dollar ödəniləcək. Tramp bu addımı “Tramp dividendi” adlandırıb.

Digər tərəfdən, oktyabrın ortalarında Trampın komandası Alyaska ştatında demokratların namizədi qalib gələrsə, seçki nəticələrinin etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edib. Noyabrın 1-də federal hakim bu iddianı təmin etməyib. (AzadlıqRadiosu)

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan münasibətləri: Səbəb və nəticə…

redaktor

Azərbaycan orta gücə çevrilir: Bəs dövlətin öz içində vəziyyət necədir?

redaktor

Zelenski sülh naminə Rusiyaya ərazi güzəştlərini rədd etdi

redaktor