FIFA U-15 Dünya Çempionatında şok insident yaşanıb! İngiltərə və İrlandiya U-15 yığmaları arasındakı qrup matçının son dəqiqələrində böyük qalmaqal qeydə alınıb.
Oyunun bitməsinə az qalmış futbolçular arasında baş verən mübahisədən sonra İngiltərə yığmasının oyunçusu məşqçilər korpusuna yaxınlaşaraq rəqib tərəfdən irqçi təhqirə məruz qaldığını bildirib. Baş məşqçi Mett Torp dərhal hakimə yaxınlaşaraq şikayəti çatdırıb və “Biz oynamaq istəmirik, irqçilik faktını şikayət edəcəyik” deyərək komandasını meydançadan çıxarıb
İrlandiya millisinin 4:1 öndə olduğu anda matç hakim tərəfindən dayandırılıb və oyun baş tutmamış sayılıb. FIFA rəsmi açıqlama yayaraq hadisəni araşdırdığını və məsələnin müstəqil intizam komitəsinə göndəriləcəyini təsdiqləyib. (Fubolpress.az)
