16 C
Bakı
26 Oktyabr 2026 18:06
CəmiyyətDünyaGündəmTəhsil

Doğrudan da, komediyadır!

Deməli, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara “azad təhsil mühiti” yarada biləcəklərini elan edib. “İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır”, – deyən Simayi Sərraf bildirib ki, geyim forması təhsilə mane olmamalıdır.

İranda 40 milyondan çox azərbaycanlı yaşayır və onların övladlarının ana dilində təhsil ala biləcəyi bir dənə də olsun məktəb yoxdur. Hətta yerli və milli dillərin mətbuatda istifadəsi, həmçinin məktəblərdə tədris edilməsi İran Konstitusiyasında açıq şəkildə təsbit olunsa da, bu, heç vaxt yerinə yetirilməyib. Lakin buna baxmayaraq, Hüseyn Simayi Sərraf Azərbaycana təhsil dərsi keçir.

Buna nə ad verək?

İkiüzlülük?

Siyasi həyasızlıq?

Yoxsa öz problemlərini unudub başqalarının işinə qarışmaq üzrə xüsusi diplomatik ixtisas?

Necə deyərlər, başqasının gözündə tük axtarmazdan əvvəl gərək öz gözündəki tiri görəsən!

Azərbaycanın təhsil siyasəti Azərbaycanın öz işidir. İranın isə milyonlarla azərbaycanlının ana dili məsələsində cavab verməli olduğu suallar var.

Ona görə də Hüseyn Simayi Sərraf əvvəlcə İranda yaşayan on milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququ ilə maraqlansa, daha yaxşı olar.

Başqalarına təhsil öyrətmək üçün əvvəlcə özünüzün ədalət dərsindən kəsilməməyiniz lazımdır!

 

Turan Rzayev

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Cənubi Qafqazın yeni geosiyasi mərkəzinə çevrilir

redaktor

Oktay Saral getdi, Hakan Fidan da gedəcəkmi?

redaktor

Ribeyro kimi dostu olana düşmən lazım deyil

admin