18 C
Bakı
26 Oktyabr 2026 16:17
DünyaSiyasət

Oktay Saral getdi, Hakan Fidan da gedəcəkmi?

Türkiyənin qocaman qələm adamlarından Sabahattin Önkibar Prezident Rəcəb Tayyip Ərdoğanın baş müşaviri Oktay Saralı tutduğu vəzifədən kənarlaşdırmasını keşiş Endrü Bransonun həbsdən azad edilməsinə bənzədib. Keşiş Branson dövlət çevrilişinə cəhd və casusluq ittihamları ilə həbs olunduqdan sonra Ərdoğan “Bu can bu bedende, bu fakir bu görevde olduğu sürece o teröristi alamazsınız” demişdi. Ancaq ABŞ Prezidenti Donald Trampın telefon zəngindən sonra keşiş Branson tez-tələskik həbsdən azad edilmiş və Türkiyədən çıxışı təmin edilmişdi.

Sabahattin Önkibar haqlı olaraq sual edir ki, baş müşavir Oktay Saralın Azərbaycanı təhdid və aşağılayan X paylaşımı “saray”ın mövqeyinə zidd idisə niyə dərhal vəzifəsindən azad edilməyib? Məlum olduğu kimi Ərdoğanın baş müşaviri həmin bədnam paylaşımını 12 oktyabrda etsə də, yalnız 13 gün sonra vəzifəsindən azad edildi. Ərdoğanının bu müddətdə Saralı qoruması, yalnız oktyabrın 25-də vəzifəsindən azad etməsi Türk Dövlətləri Təşkilatının Ankarada keçirilməsi nəzərdə tutulan sammitin təxrə salınması qorxusunun doğurduğu nəticədir. Belə görünür ki, Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidovun oktyabrın 23-də Bakıya qəfil səfəri zamanı verilmiş diplomatik mesaj ünvanına çatıb.

Kerim & Kremlin” youtube kanalının yayımçısı Kerim Has Oktay Saralın vəzifəsindən kənarlaşdırılmaısnın yetərli olmayacağını, növbədə Hakan Fidanın ola biləcəyini bildirir.
Yeniden Refah Partiyasının sədr müavini, professor Doğan Aydal iki vəqfin Azərbaycana və Türküstan dövlətlərinə siyasi islam ixrac etməsi ilə bağlı kəşfiyyat məlumatlarının Ankaraya verildiyini bildirir.

Professor Doğan Aydal bu kəşfiyyat məlumatlarının hansı ölkə tərəfindən verdiliyinə aydınlıq gətirməsə də, söhbətin hansı ölkədən getdiyini təxmin etmək çətin deyil. Yeniden Refah Partiyasının sədr müavini Türkiyənin siaysi islam ixarc etdiyi Türküstan dövlətlərinin hansı ölkələr olduğunu açıqlamasa da, söhbətin Qığızıstan, Özbəkistan və Türkmənistandan getdiyi məlumdur. Buna görə də Türkmənistan Azərbaycanın israrına baxmayaraq Türk Dövlətləri Təşkilatına daimi üzv olmaqdan yayınır, Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edir.

Türkiyənin müəyyən dairələrinin Azərbaycan və Türküstan dövlətlərinə siyasi islam ixrac etmək cəhdi Türk Dövlətləri Təşkilatını da, üzv dövlətləri də seçim qarşısında qoyub.
Türkiyədə ağlı başında olanlar bildirirlər Fuat Doğunun rəhbərliyi dövründən miras qalan (1966 – 1971) Millî İstihbarat Teşkilatının siyasi islam ixracı ənənəsinə son qoyulmalıdır.
Keçmiş diplomat, Türkiyənin Böyük Britaniya, Hindistan, Portuqaliya, Yunanıstan və Avstriyada səfiri olmuş Hasan Göğüşun “Ne Türkiye Azerbaycan’ın ne Azerbaycan Türkiye’nin işlerine karışmalı” başlıqlı məqaləsində yazdığı kimi “Türkiye’nin Azerbaycan’ın iç işlerine karışması kabul edilemez. Hele ki Türkiye’de bile yıllarca büyük ayrışmalara yol açan ve Azerbaycan’ın hassasiyet gösterdiği başörtüsü gibi bir konuda.”

Türkiyə dövləti və Ərdoğan iqtidarı Oktay Saralın istefası ilə problemin həll olunmayacağını, Azərbaycan və Türküstan dövlətlərini narahat edən bütün məsələlərin həll edilməsinin vacibliyini anlamalıdır. Əgər bu Hakan Fidanın istefasını, siyasi islamçılara bağlı vəqflərin cinayət məsuliyyətinə cəlb edilməsini, onların Azərbaycan və Türküstandakı “missionerlər”inin geri çəkməsini, yerli işbirlikçiləri ilə bağlı Ankarının əlində olan məlumatların Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistana verməsini tələb edirsə, Türkiyə bunları etməlidir.

Əks halda bu qardaşlıq uzun müddət dava edə bilməz. Bu qardaşlığın davam etməsi isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan daha çox Türkiyəyə lazımdır.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Vuçiçin məğlubiyyəti: Rusiya üçün zərbə, Ukrayna üçün fürsət

admin

Trampın Ukrayna siyasətinin arxasında nə dayanır?

admin

Serbiyada tələbələrin seçki inqilabı

admin