20 C
Bakı
24 Oktyabr 2026 14:00
CəmiyyətQalmaqal

Rövşən Nəcəf eşqbazlığı dillərə dastan olan kadrından VAZ KEÇİR?

Azərbaycanın beynəlxalq miqyasdakı strateji brendi olan SOCAR-ın xarici strukturlarında ciddi kadr təmizlənməsinə start verilir.

Daxil olan məlumatda iddia edilir ki,, son illər ərzində Rumıniya mediasının manşetlərindən düşməyən, barəsində mütəmadi olaraq müxtəlif neqativ və ziddiyyətli xəbərlər yayılan “SOCAR Rumıniya”nın rəhbəri Ramil Əsədullazadə tutduğu yüksək vəzifədən azad edilir.

Məlumatda iddia edilir ki, son Rumıniya nəşrlərində şirkət rəhbərinin adı ilə bağlı yayılan müxtəlif tipli skandallar, korporativ etika normalarını aşan hallar və son olaraq şirkətinkadrlar şöbəsinin rəhbəri ilə coşqulu eşq macəras görüntüləri ölkə daxilində də geniş əks-səda doğurmuşdu. Məlumatda vurğulanır ki, Azərbaycanın qlobal iqtisadi maraqlarını təmsil edən dövlət korporasiyasının adının bu cür xoşagəlməz və şəxsi qalmaqallarla daimi olaraq gündəmdə olması rəhbərliyin səbrini tükədib.

Daxil olan məlumatlara iddia edilir ki, baş verən olayların Azərbaycanın beynəlxalq işgüzar nüfuzuna və SOCAR brendinə vurduğu zərbə diqqətə alınaraq, SOCAR prezidenti Rövşən Nəcəf tərəfindən Ramil Əsədullazadənin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qəti qərarın yaxın günlərdə rəsmən elan ediləcəyi gözlənilir.

Ekspertlər hesab edirlər ki, bu qərar dövlət korporasiyalarının xarici nümayəndəliklərində idarəçilik edən şəxslərin iş prinsiplərinə, peşəkar etika və korporativ məsuliyyətə necə ciddi nəzarət olunacağının növbəti göstəricisi olacaq.

Məhəmməd Ərsoy

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Elnarə Qasımova həbsxanadan yazır:

admin

“Zirə” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi

admin

“Mövqe transformasiyası” ideyasının memarı Fazil Mustafa — Emil Rasimoğlu yazır…

redaktor