Bu gün Misli Premyer Liqasında 9-cu tura start veriib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsii lə başa çatıb. Bu, baş məşqçi Yeton Bekirinin “Qəbələ”də ilk qələbəsi olub.
Digər görqüşdə isə “Zirə” “Sumqayıt”la qarşılaşıb. Bol qollu oyunda “Zirə” qalib gəlib.
Bu turun mərkəzi qarşılaşması olan “Sabah” – “Qarabağ” matçı isə oktyabrın 25-də keçiriləcək.
23 oktyabr (cümə)
Misli Premyer Liqası, 9-cu tur
19:00. “Zirə” – “Sumqayıt” – 3:2
Qollar: Ruan Renato, 8-pen. (1:0), Rikardo Martins, 21 (2:0), Nihad Əhmədzadə, 39 (2:1), Keffel Resende, 56 (2:2), David Volkov, 83 (3:2)
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov, Kamal Umudlu (VAR) Zöhrab Abbasov (AVAR)
Zirə İdman Kompleksinin stadionu
15:00. “Araz-Naxçıvan” – “Qəbələ” – 1:2
Qollar: İsmael Akinade, 8 (0:1), Mohamed Mara, 36 (1:1), İsaak Amoah, 48 (1:2)
Hakimlər:Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev, Nicat İsmayılıı (VAR), Tərlan Talıbzadə (AVAR)
Şamaxı şəhər stadionu
24 oktyabr (şənbə)
“Şəfa” – “Kəpəz”
“Neftçi” – “Turan Tovuz”
25 oktyabr (bazar)
“İmişli” – “Şamaxı”
“Sabah” – “Qarabağ”

Bombardirlər:
Breno Almeyda (“Neftçi”) – 7 qol
Coy-Lens Mikels (“Sabah”) – 5 qol
Aleksey Kaşuk (“Qarabağ”) – 4 qol (Qol.az)
