18 C
Bakı
22 Oktyabr 2026 07:30
DünyaSiyasət

Bu, sülh sazişi deyil, münaqişənin müvəqqəti dondurulmasıdır

Rusiya və Ukrayna müharibəsinin ətrafındakı danışıqlar deyəsən, atəşkəsə doğru gedir. V. Zelenski Fox News televiziya kanalına verdiyi müsahibədə hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatları dondurmağa razılığını bildirdi.

Ukraynanın ərazisinin 75%-i və ya daha çoxu üzərində nəzarət Kiyev tərəfdə 25%-i  Rusiya nəzarətində fiziki (hüquqi yox) olaraq qalır.

Rusiya tərəfdə qalan bu ərazilər hansılardır?

1. 2014-cü ildən bəri Rusiya tərəfdən nəzarət edilən Krım yarımadası və Sevastopol şəhəri).

2. Donbasın çox hissəsi-bütün Luqansk vilayəti və Donetsk vilayətinin böyük hissəsi (2022-ci ilə qədər DXR və LXR tərəfindən nəzarət edilən ərazilər, eləcə də Mariupol, Baxmut, Avdievka və digər şəhərlər daxil olmaqla).

3. Zaporojye bölgəsinin Melitopol, Berdyansk rayonlarının əksəriyyəti (Enerqodar, Zaporojye Atom Elektrik Stansiyası da daxil) və Xerson bölgəsinin Dnrprin sol sahil hissəsi daxildir.

4. Xarkov bölgəsinin kiçik sərhəd əraziləri.

Burada bir məsələ var…

Bu razılaşma yalnız hazırda faktiki təmas xətti boyunca hərbi əməliyyatların müvəqqəti halda dondurulmasına (atəşkəs) aiddir və Kiyevin bu əraziləri Rusiya ərazisi kimi rəsmi tanımasına aid deyil. Atəşkəs sonrası Ukrayna diplomatik və texniki razılaşmaya keçməyi planlaşdırır və həm də, ABŞ və Avropadan ciddi təhlükəsizlik zəmanətləri tələb edəcək.

Bu, Bişkek razılaşmasına görə, Azərbaycanın 20% ərazisinin müvəqqəti Ermənistan tərəfdə, rəsmi Azərbaycanınkı kimi qalma atəşkəsinə bənzəyir, mənim zənnimcə. Təəccüblüdür ki, Rusiya tərəf belə razılaşmaya gedir, 25% ərazi rəsmən ixtiyarına keçmədən. Əvvəl getmirdi. Yəni bu ərazi rəsmi Rusiyanın tanınmayacaq.

Zelenskiy bildirib ki, atəşkəs sonrası xaricdəki 9,5 milyon ukraynalını ölkəyə qaytarıb, sürətlə ölkələrini tikib qurmağa başlayacaqlar. Olsun, kifayət qədər ərazisi qalır Ukraynanın, Avropa  Birliyinə girib tikilib, qurulub güclənməsi üçün. Rusiya öz ərazisində nə edib, 25%-də nə edə?

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Ümmətçilik adı altında milli qardaşlığa zərbə vurulanda itirən hər kəs olur

redaktor

TRIPP-in tikintisi niyə yubanır?

redaktor

Zelenski müharibənin dayandırmağa hazırdı – Bir şərtlə!

redaktor