Son günlər Azərbaycana qarşı Türkiyədən kifayət qədər söyüşlər edən şəxslər var. Bunların 80 faizi bir mərkəzdən idarə edilir. Eyni İP-dən daxil olan bu şəxslərin bir neçə profil yaratdığı sübut edilib. Hətta 228 nəfərin İP-si İsrailə gedib çıxır. Qalan İP-lər isə Türkiyə və Avropa ölkələrinə aiddir. Bu fakt vaxtilə Türkiyədə böyük qalmaqala səbəb olan “Doçkacı Helqa” hadisəsini xatırladır və kürdlər bu qadının təsirinə düşüb Vətənlərinə qarşı dönmüşdülər.
1990-cı illərdə PKK sıralarında yer alan Almaniya vətəndaşı Eva Tatyana Ursula Yuhnke, təşkilat daxilində “Kani” kod adından istifadə edirdi. 1965-ci il təvəllüdlü Yuhnke, 1993-cü ildə PKK-ya qoşularaq Şimali İraqdakı təşkilat düşərgələrində silahlı fəaliyyətlərdə iştirak edib.
Qeyd edim ki, tək olmayıb bu qadın. 1993-cü ildə Almaniyadan 3-ü qadın olmaqla 5 alman vətəndaşı (Eva Yuhnke – “Kani”, Vera Heesene – “Medya”, Ulrich Maichle – “Çekdar” və s.) əvvəlcə Livanın Bəkaa vadisindəki düşərgəyə, oradan isə həmin ilin yayında silahlı təlim keçmək üçün Şimali İraqa göndərilib.
Onlar vasitəsilə yerli kürd qadınları və gəncləri arasında intensiv dərslər, seminarlar keçirilir, millətçi və marksist radikalizm aşılanırdı. Onların əsas funksiyalarından biri yerli xalqın daxilindəki narazılıqları sistematik şəkildə dövlətə qarşı silahlı nifrətə çevirmək idi.
O, Türkiyənin ərazi bütövlüyünü sarsıtmaq, kürd xalqını manipulyasiya edərək dövlətə qarşı qaldırmaq və münaqişəni beynəlxalq müstəviyə daşımaq üçün psixoloji və siyasi müharibə strategiyasının iştirakçısı idi.
O, oktyabr 1997-ci ildə Türk əsgərləri tərəfindən yaxalanıb. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən, Yuhnke Hakkaridəki jandarm bölmələrinə təhvil verilib.
17 sentyabr 1998-ci ildə Van Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən PKK-ya üzv olmaq ittihamı ilə 15 il həbs cəzasına məhkum edilib. Məhkəmə prosesində Yuhnkenin həbs şəraiti və bəzi tətbiqlərlə bağlı şikayətləri daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedib çıxıb. Məhkəmənin 2008-ci il tarixli qərarında işin bəzi aspektlərində Türkiyəyə qarşı hüquq pozuntusu qərarı çıxarıb.
Yuhnke 2004-cü ilin dekabrında azadlığa buraxılıb və Almaniyaya deportasiya edilib. Beləliklə, o, 1990-cı illərdəki Türkiyə-PKK münaqişəsinin yalnız regional deyil, həm də Avropadan qoşulan xarici ünsürlərin də daxil olduğu beynəlxalq bir miqyas daşıdığına dair diqqətçəkən nümunələrdən biri olub.
Türkiyədə oturub Azərbaycana nifrət qusanların arxasında xarici kəşfiyyat orqanları, PKK idealogiyası və erməni lobbisinin maliyyə dəstəyi dayanır. Türkiyədə oturub Azərbaycana düşmənçilik edənlər, əslində 90-cı illərdə dağda Türkiyəyə qarşı vuruşan “Helqa”ların bu gün klaviatura arxasında oturan formalarıdır. 90-cı illərdə dağdakı silahılılara “Türkiyə sizin düşməninizdir” təbliğatı aparan mərkəzlər, bu gün rəqəmsal platformalarda “Azərbaycan sizin qardaşınız deyil” tezisini yayırlar
Zaman dəyişib, müharibənin forması dağlardan sosial şəbəkələrə daşınıb. Türkiyə dövləti 90-cı illərdə Eva Yuhnkəni Hakkaridə necə sağ yaxalayıb zərərsizləşdirdisə, bu gün də iki dövlətin birliyinə zərbə vurmaq istəyən rəqəmsal terrorçular mütləq cəzalarını almadılar. Yoxsa bu şəxslərin idarə edənlər istədiklərini edəcəklər.
