“Cəhənnəm sanksiyaları” haqda, yəqin, məlumatlısınız. Bu sanksiyalarla bağlı qanun layihəsini konqresmenlər respublikaçı Lindsi Qraham və demokrat Riçard Blümental 2 ildən çox idi hazırlamış və Konqrsə təqdim etmək istəyirdilər. Bayden bu gülməli layihənin Konqresdə müzakirəsini yaxın buraxmırdı.
Tramplin dövründə Konqresdə respublikaçılar çoxluqda olduğu üçün qanun layihəsinin qəbul olunması üçün onlar layihənin əleyhinə səs verməməli idilər. Bunun üçün isə Trampın müvafiq şifahi göstərişi lazım idi. Əvvəl Tramp da razılıq vermirdi – bilmirəm, bunu layihənin absurdluğunu başa düşüb edirdi, ya başqa səbəbdən. Amma işi çətinə düşən kimi belə bir layihənin olduğunu guya şantaj vasitəsi kimi istifadə edirdi.
11 iyulda Qraham cəhənnəmə vasil oldu – bununla da qanun öz adını (“Cəhənnəm sanksiyaları”) doğrultdu. Lakin Qraham sağlığında Trampın “həri”sini alaraq, layihəni Konqresə təqdim edə bildi, elə bu müjdəni Zelenskiyə vermək üçün də Ukraynaya getmişdi – diri gəlmədi. 18 sentyabrda qanun qəbul edildi. Elə həmin gün Tramp ona qol çəkdi – 24 sentyabrda Si Cinpinlə görüşə çatdırmalı idi axı. 18 oktyabrda qanun tam qüvvəyə minməli idi.
Qanunun mahiyyəti nədən ibarət idi?
Rusiya xaricə neft və neft məhsulları satmamalı idi. Bu qadağanı pozarsa, Rusiyanın ABŞ-a ixrac olunan bütün mallarına 500% gömrük rüsumu tətbiq ediləcəkdi.
Xarici ölkələr Rusiyadan neft və neft məhsulları almamalı idilər. Bu qadağanı pozan ölkələrin ABŞ-a ixrac olunan bütün mallarına əlavə 100%-dək əlavə gömrük rüsumu tətbiq ediləcəkdi.
Mən bu qanunun absud olduğu haqda keçən il yazmışdım: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4156139044702175
Buna görə də düşünürdüm ki, qanun qəbul olunmayacaq. Düzdür, mən konrqesmenlərin ağlı haqda yüksək fikirdə deyiləm, amma düşünürdüm ki, onların ağıllı köməkçiləri olmalıdır axı. Səhv etmişəm. Qanun qəbul edildi…
Buna baxmayaraq, qanunun tətbiq ediləcəyinə inanmırdım: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4498990540417022
Rusiya neftinin əsas alıcıları kimlərdir? Çin və Hindistan.
ABŞ Çinlə ticarət tariflərini endirmək üstündə bir ildən çoxdur danışıqlar (bunlara danışıqlar demək olarsa) aparır, yenicə tarif razılaşmasını yanvarın 10-dək uzadıb. Bir ildir Çinə yalvarır ki, onun mallarını alsın. İndi Çin mallarına əlavə 100%-lik tarifi hansı ağılla tətbiq edə bilər? Tarif tətbiq etmək o deməkdir ki, həmin malın ABŞ daxilində qiyməti kəskin artacaq. ABŞ onsuz da inflyasiyaya qalib gələ bilmir. Hindistan da elə.
ABŞ Rusiyadan onsuz da elə bir şey almırdı. Nə alırdısa (məs, uran), onlar özünə çox vacib idi – bu mallara 500%-lik tarif tətbiq etməklə, özünü niyə cəzalandırmalı idi? İndi artıq Rusiyadan dizel almağa çalışır – qanun qüvvəyə minsəydi, həmin dizelə də 500% tarif tətbiq edilməli idi. O yanacaq ABŞ-da qızıl qiymətinə olacaqdı.
Ümumiyyətlə, qanunun məqsədi Rusiyanın neft və neft məhsulları ixracını dayandırmaq idi. Rusiya nefti dünya bazarına çıxmasa, neft qiymətləri hansı səviyyədə olar? Yəni belə sadə şeyləri konqresmenlər bilmirdilər?!
Bilirdilərsə, niyə hoqqabazlıq edirdilər? Yəni həqiqətənmi düşünürdülər ki, Rusiya, Çin və Hindistan hökumətləri o qədər ağılsızdırlar ki, bu qanundan qorxub, əllərini göyə qaldıracaqlar? Belə düşünüblərsə, yenə konqresmenlərin ağlına şübhə edirəm.
Bilmirdilərsə, yüz milyardlarla pul xərcləyərək bütün ölkə xalqının iştirakı ilə seçki şousu niyə keçirilir. O ağılda adamları seçməyə nə ehtiyac var?
Əlqərəz, dünən 18 oktyabr idi. Tramp “Cəhənnəm sanksiyaları”nın qüvvəyə minməsini dayandırdı.
