Türkiyədəki təriqət və camaat liderlərinin böyük əksəriyyəti ya İsrailin ya da müxtəlif Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının agentləri təsiri bağışlayır. Bu təsəvvürü onların fəaliyyəti yaradır. Vaxtilə baş qaldırmış FETÖ şəbəkəsi və təşkilatın liderinin fəaliyyəti, Adnan Oktarın və digərlərinin fəaliyyəti də buna misaldır.
Demək olar ki, hamısı Qərb bağlantılıdır. Son zamanlar İrana bağlı məzhəbçi, siyasi yönümlü cərəyanlar da artmaqdadır. Bu təriqətlər Türkiyənin sütunlarının altını eşməkdə davam edirlər. Vaxtilə fars əsilli Nizamülmülk Səlcuqlu dövlətinin ideoloji istiqamətini elmi ekoldan sufizmə dəyişməklə dövlətin bünövrəsinə su salmışdı. İndi də Cübbəli Əhmədlər, yeni fetolar-çetolar həmin ənənəni davam edərək eyni ssenarini təkrarlayırlar.
Türkiyədə bu gedişlə siyasi partiyalar təriqət və camaatlata əvəzlənəcək. Necə ki, orta əsrlərdə partiyaları siyasiləşmiş təriqət və məzhəblər əvəz edirdi. Hətta dövlət qurulanda onun ideologiyası din mehvərli, təriqət və ya məzhəb təmayüllü olurdu Səfəvilər kimi.
Vaxtilə İraqda Qadirilikdən ayrılan Kəznezani təriqəti liderləri özlərini hakimiyyətyönlü göstərərək altdan xarici dövlətin xüsusi xidmət orqanları ilə iş birliyi qurmağa nail olmuşdular. Hesabatlarda tətiqət üzvlərinin Səddam Hüseynin hətta ailəsinə qədər təsir etdikləri qeyd olunur ki, ABŞ müdaxiləsi zamanı Bağdadın çox tezliklə süqut etməsində bu təriqətin ötürdüyü ciddi kəşfiyyat məlumatları yer alıbmış. Hər kəs 1 milyona yaxın ordusu olan Səddamın Bağdadı, Stalinin Stalinqradı müdafiə etdiyi kimi edəcəyini gözlədiyi halda ordu qəfil iflic olmuş, bütün strateji mövqelər təriqət üzvləri olan hərbçilər tərəfindən satılmış, paytaxt qısa müddətdə təslim edilmişdi. Hərbçiləri isə hansı üsulla təriqətə üzv edib hansı metodlarla onlardan hərbi sirləri aldıqları isə başqa mövzudur və o, daha dəhşətlidir…
Hazırda Suriyadan İsrailə birləşmək çağırışı edən Druzlar, Nuseyrilər də eyni amallara xidmət edən təriqətlərdir ki, ölkələrinə qarşı hansı xəyanətlərə imza atdıqları məlumdur. Türkiyədə də cürbəcür təriqət və camaatlar artıq dövlətə ciddi təsir rıçaqları əldə ediblər. Vəqflər, fondlar, müəssisələr yaradaraq geniş imkanlara, sosial bazaya sahib olublar.
Ən ağrılısı da odur ki, onların yaydığı, yaşatdığı din deyil, xurafat, mövhumat, cəhalət, təriqətçilik, məzhəbçilik və orta əsr ərəb-fars ənənələridir.
Mərhum ilahiyyatçı – alim Yaşar Nuri Öztürk və hazırda professor Ali Akın Türkiyədəki bu təhlükəli axına qarşı mübarizə aparanlardandır.
