26 C
Bakı
17 Oktyabr 2026 18:29
DünyaSiyasət

Nə baş verir, nə gedişatdır?

Azərbaycanda bəzi informasiya resursları, Qafqazinfo, Real TV bu gün şok məzmunlu yayım ediblər. Yayılıbsa, demək ki, bu səpkili məqamlar ehtivalı yayıma bilgi ixtisaslıların münasibət bildirməsi də cəmiyyətə lazımdır. Qısa formada yayımların məzmunu budur.

“Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan
Bakıya səfəri zamanı Gəncliyə Yardım Fondunda (GYF) görüş keçirib. Görüş zamanı Fidanın müəyyən təlimatlar verdiyinə dair məlumatlar var.

Türkiyədən Azərbaycana informasiya hücumlarının edildiyi vaxt belə bir görüşün keçirilməsi və gənclərin təlimatlandırılması şübhələrə yol açır. Çünki, GYF xeyriyyə cəmiyyəti olaraq fəaliyyət göstərsə də, fondun Türkiyə kəşfiyyatına bağlı olduğu, məqsədinin verilən təlimatlara əsasən “yumşaq güc” formalaşdırmaq, “nüfuz agentləri” yetişdirmək və məlumatlar toplamaq olduğu sirr deyil.

1994-cü ildə yaradılan fond hazırda Türkiyənin xaricdə fəaliyyət göstərən digər QHT-ləri kimi AKP-nin nurçu-islamçı ideologiyasının yayılmasına xidmət edir. Hakan Fidanın 2025-ci ildə Türkiyə Böyük Millət Məclisinin sədrinə göndərdiyi məktub bunu deməyə əsas verən faktlardandır. Mediaya sızan 17 iyul 2025-ci il tarixli məktubda xaricdə humanitar yardım kampaniyaları həyata keçirən Türkiyə QHT- lərinin dövlət tərəfindən yaxından izlənildiyi və fəaliyyətlərinin əlaqələndirildiyi bildirilir.

Məktubda qeyd olunur ki, Türkiyənin səfirlik və konsulluqlarına bu təşkilatlarla koordinasiyalı işləmək tapşırılır. Bu məqsədlə Türkiyə XİN bu təşkilatlarla müntəzəm görüşlər keçirir, onların xaricdəki fəaliyyətlərinin istiqamətləndirilməsi və hansı məsələlərə üstünlük verilməsi barədə təlimatlandırır.

Bu görüşlərdə iştirak edən qurumlardan biri də Türkiyə Milli İstihbarat Təşkilatıdır (MİT). Məlumatlara görə, MİT müxtəlif ölkələrdə xeyriyyəçilik adı altında fəaliyyət göstərən təşkilatlara öz əməkdaşlarını yerləşdirir, humanitar fəaliyyətlərdən də məlumat mənbələri yaratmaq, yerli vətəndaşları əməkdaşlığa cəlb etmək, ümumilikdə kəşfiyyat məlumatları toplamaq məqsədilə istifadə edir”.

Nə demək olar, bu media yayımları barədə?

Əgər bu saytlar bu məlumatı ciddi mötəbər mənbədən alırlarsa, irəli sürülən şübhələrin əsası olmalı. Mənbə varsa, ciddidirsə və bu şübhəyə əgər faktlı əsaslar varsa, demək ki, vəziyyət ciddi, gözlənilməz, təəssüfedicidir.

Ancaq, xəbərlər hələlik ehtimal səviyyəsində olmaqla, nisbi xarakter daşıyır. Sonrakı dövr gedişat bunları ya təsdiq ya təkzib edə bilər. Arzu ediləndir ki, indiki xoşagəlmız gedişat Azərbaycan-Türkiyə münasibətlərinə elə bir ciddi xələl verməsin. Haqq-ədalət vacibdir!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev Türkiyəyə gedəcəkmi?

redaktor

Zelenski: “Ruslar Ukrayna enerjisinə ən güclü zərbələrdən birini vurublar”

redaktor

AQEM-in 3-cü zirvə toplantısı

redaktor