24 C
Bakı
17 Oktyabr 2026 12:56
DünyaSiyasət

AQEM-in 3-cü zirvə toplantısı

Bəs bilirsinizmi ki, AQEM-in 3-cü zirvə toplantısı harda keçirilmişdi?

Bəli, Türkiyədə.

Özü də İsrailin Türkiyəyə məxsus “Mavi Marmara” gəmisinə hücum edib 9 nəfəri şəhid etdiyi o məşum gecədən 8 gün sonra: “Mavi Marmara” faciəsi 31 may 2010-cu il tarixində baş vermiş, AQEM – 3 zirvəsi isə 8 iyun 2010-ci ildə keçirilmişdi.

Toplantıda İsrail ən aşağı səviyyədə – İstanbuldakı baş konsulu səviyyəsində də olsa təmsil olunurdu. Yəqin ki, Fələstin nümayəndələri də orda idilər.

Düzdür, sammitin Bəyannaməsində İsrailin bu hərəkəti pislənilərək deyilirdi: “Bir üzv dövlət istisna olmaqla, bütün üzv dövlətlər İsrail müdafiə qüvvələrinin Qəzza zolağına humanitar yardım daşıyan beynəlxalq mülki donanmaya qarşı həyata keçirdiyi hərəkətlərə görə böyük narahatlıqlarını ifadə ediblər və baş verənləri pisləyiblər”.

Bununla belə, toplantının bütün üzvləri sonuna qədər zalda əyləşmiş və öz narazılıqlarını dilə gətirərək diplomatik bir sənədin ortaya çıxmasında rol oynamışdılar. O cümlədən Azərbaycan da.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Celal Çiftçi kimin adından danışır?

redaktor

ABŞ Putini, Avropa Ukraynanı seçir

redaktor

Arda Güler daha 5 il “Real”da

admin