Türkiyəli jurnalist Celal Çiftçi Azərbaycanda hicab mübahisəsinə qoşularaq sosial şəbəkədə İlham Əliyevin taxtla birlikdə devrildiyini göstərən süni intellekt təsviri paylaşıb.
Şəklin üzərində bu sözlər yazılıb:
“Sonunda devrileceksin ey zalim! Allah’a savaş açanlar kaybetmeye mahkûmdur!”#
Bəs bu adam kimdir və kimin adından danışır?
1975-ci il təvəllüdlü Celal Çiftçi Türkiyənin Şanlıurfa şəhərində fəaliyyət göstərən jurnalistdir. Uzun illər yerli mediada çalışıb, “Şanlıurfa Olay” qəzetini yaradıb və jurnalist təşkilatlarında fəaliyyət göstərib.
Onun siyasi keçmişində maraqlı məqamlar var.
2023-cü ildə müxalif CHP-dən deputatlığa namizədliyə müraciət edib. 2026-cı ilin iyununda isə müxalif İYİ Partiyanın sözçüsü Buğra Kavuncu onunla görüşüb.
Bəzi məlumatlarda Çiftçinin Səadət Partiyası çevrələri ilə təmaslarından da danışılır.
16 oktyabrda Azərbaycan Baş Prokurorluğu onun barəsində hakimiyyətin zorla ələ keçirilməsinə çağırış və dini düşmənçiliyin təşviqi ilə bağlı cinayət işi başladığını, beynəlxalq axtarış elan edildiyini açıqladı.
Bundan sonra Çiftçi mübahisəli paylaşımlarını sildiyini bildirərək Azərbaycan dövlətindən və xalqından üzr istədi.
Lakin mühüm bir məqam var: o, zorakılığa və dövlət çevrilişinə çağırış etdiyi barədə ittihamları qəbul etmədi. Üzrxahlığının həmin ittihamları etiraf etmək mənasına gəlmədiyini vurğuladı…
Mənsə əminəm ki, bu işin arxasında cənab Ərdoğanın barmağı var. Və bu, yanlış və son dərəcə təhlükəli siyasətdir…
