19 C
Bakı
07 Oktyabr 2026 21:50
DünyaSiyasət

Britaniya və Fransanın “nüvə çətiri”

Barıtın kəşfi ilə əsgərin fiziki gücü əvvəlki əhəmiyyətini itirdiyi kimi, atom bombasının kəşfindən sonra da adi silahlar əvvəlki əhəmiyyətini itirdi.

Məsələn dünyada ən güclü dağıdıcılıq gücü olan və “bütün bombaların anası” adlandırılan GBU-43/B MOAB-ın (Massive Ordnance Air Blast) dağıdıcılıq gücü 11-11.5 ton trotil ekvivalentidir. Halbuki, ABŞ-ın 81 il əvvəl Xirosimaya atdığı atom bombasının trotil ekvivalentini 10 000–15000 ton (10–15 kiloton) arasında olub. Hazırda dağıdıcılıq gücü meqatonlara çatan atom bombaları mövcuddur. Yəni, atom bombası GBU-43-dən yüzlərlə, minlərlə dəfə böyük dağıdıcılıq gücününə malikdir. Dağıdıcılıq gücü meqatonlara çatan nüvə başlıqları bütöv bir ölkəni nüvə külünə çevirməyə qadirdir.

SIPRI-nin ötən ilin yanvarına olan məlumatına görə Rusiya 4309 nüvə başlığı ilə dünyada nüvə silahına ən çox malik dövlətdir. Neft-qaz ölkəsi Rusiyanın super güclər arasında enerji gücü ilə yanaşı nüvə gücü kimi təsnif olunması da onun ən çox nüvə başlığına malik olması ilə bağlıdır.

Uzun illər Rusiyanın işğalçılıq siyasətinin görməzdən gəlinməsinin əsas səbəbi də Qərbin “nüvə və enerji gücü” ilə yeni bir hərbi qarşıdurma istəməməsinin nəticəsi idi.
Ukraynaya qarşı cinayətkar müharibəyə başladıqdan sonra Avropanın enerji bazarlarından qovulan Rusiya enerji gücü statusunu itirdi. Buna baxmayaraq yenə də nüvə gücü olaraq qalır. Rusiya ilə nüvə müharibəsindən yayınmaq üçün Ukraynanın güzəştə getməsinin vacibliyi haqqında zaman-zaman səslənın fikirlər əsasən Avropanın başı üzərində asılmış nüvə müharibəsi qorxusundan yaranır.

Rusiya hakimiyyətinin zaman-zaman nüvə təhdidinə əl atması da nüvə müharibəsi qorxusunu gücləndirməyə xidmət edir.
Rusiyanın nüvə təhdidləri artıq 4 il öncə olduğu qədər qorxu yaratmasa da, Qərbin aparıcı paytaxtlarında Putinin nüvə silahına əl atacağı ehtimalı da birmənalı istisna edilmir. Hətta bir çoxları “Putin nüvə silahına əl ata bilməz” fikirinin zərərli ola biləcəyini bildir, bu yanaşmanın yersiz arxayınlıq yarada biləcəyindən qorxurlar.

ABŞ-ın Avropadan çəkilməsi isə bu qorxunu daha da gücləndirir. Avropada gözəl dərk edirlər ki, bütün demoqoqiyalara baxmayaraq “qoca qitə”ni öncə sovet, ardınca da Rusiya təhlükəsindən qoruyan hərbi və texnoloji güc olaraq təsnif edilən ABŞ-ın Avropadakı hərbi varlığı olub. ABŞ-ın Avropanı tərk etməyə başlaması “qoca qitə”ni Rusiyanın nüvə təhdidinə qarşı çevik və qətiyyətli addımlar atmağa vadar edir.

Böyük Britaniya və Fransanın “nüvə çətiri” ilə bağlı təşəbbüsləri də Rusiyanın nüvə təhdidini cilovlamağa xidmət etməlidir. Fransa təcili şəkildə nüvə başlığı daşıya bilən yeni M51.3 ballistik raketinin ilk sınaq buraxılışını həyata keçirib. Bu raket bir il əvvəl istifadəyə verilən M51 strateji ballistik raketinin yeni modifikasiyasıdır. Sualtı qayıqdan atılan və nüvə başlığa daşımağa qadir olan M51 ballistik raketi 9 000 km məsafəni vurmağa qadirdir.

M51.3 ballistik raketinin ilk sınaq buraxılışı Fransa prezidenti Emmanuel Makronun “inkişaf etmiş nüvə çəkindirmə sistemi” təşəbbüsünün bir hissəsidir. Emmanuel Makronun bu təşəbbüsü həmçinin nüvə başlıqlarının sayını artırmağı da nəzərdə tutur. Böyük Britaniya, Almaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç, Danimarka və Norveç Makronun “inkişaf etmiş nüvə çəkindirmə sistemi” təşəbbüsünü dəstəkləyib. Finlandiya isə sentyabr ayında bu təşəbbüsə qoşulub.

Helsinki hava məkanını da nüvə başlığı daşıyan Fransa təyyarələrinin istifadəsi üçün açıq elan edib. Bu isə Rusiyanın şimal paytaxtı Sankt Peterburqu məhv olma təhlükəsi ilə üz-üzə qoyur. Raşizmin ideoloqlarından biri olan Aleksandr Duqinin Sankt Peterburq və Moskva şəhərlərinin əhalisinin təcili olaraq ölkənin dərinliklərinə köçürülməsi təşəbbüsü də bu təhlükəni dərk etməsinin nəticəsidir. Duqin haqlı olaraq bildirir ki, Sankt Peterburq və Moskvanın əhalisnin məhv edilməsi Rusiyanın məhvi və rus xalqının yox olması ilə nəticələnəcək.

Rusiya təhdidi ilə üz-üzə olan Baltikyanı respublikalar da Böyük Britaniya və Fransanın “nüvə çətiri” təşəbbüslərinə qoşulmaq üçün qanunvericililərində dəyişiklik edir, London və Parislə danışqılar aparırlar.
Böyük Britaniyanın “nüvə çətiri” təşəbbüsü olan “Birləşmiş Ekspedisiya Qüvvələri”nin (Joint Expeditionary Force-JEF) Avropa və Avro-Atlantik təhlükəsizliyinin əsas təminatlarından biri olacağı gözlənilir.

Kanada JEF-ə qoşulmaq üçün müraciət edib və bu artıq JEF-in Avro-Atlantik təhlükəsizlik platformasına çevriləcəyindən xəbər verir. London JEF təşəbbüsü çərçivəsində Böyük Britaniyanın nüvə silahlarından istifadə edəcək yeni döyüş bölmələri yaradacaq. Finlandiya, Danimarka, Estoniya, İslandiya, Latviya, Litva, Niderland, Norveç və İsveçin hərbçiləri həmin bölmələrin yaradılmasında iştirak edəcək. JEF platforması Rusiyanın Krımı işğal etməsindən sonra yaransa da, ancaq indi gerçək ittifaqa çevrilir.

Böyük Britaniya və Fransanın nüvə dövləti, Almaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç, Danimarka, Norveç və Finlandiyanın inkişaf etmiş hərbi-sənayeyə və müasir silahlı qüvvələrə malik olması bu ölkələrin təhlükəsizliyinin gerçək təminatıdır.

Böyük Britaniya və Fransanın Avropanın təhlükəsizliyinin təmin edilməsində üzləşdikləri çətinliklər, Ukrayananı “nüvə çətiri” altına almaqdan çəkinmələri bu iki ölkənin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiya təcüvüzündən qorumaq iqtidarında olmadığını göstərir.

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiya təcüvüzündən qoruyacaq iki güc var: ABŞ və Çin.
Bundan başqa bütün fikirlər tamamilə əsassız, demaqoqiyadan başqa bir şey deyil. Nüvə dövləti və nüvə üçlüyü olan Hindistan özü də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiya təcüvüzündən qoruya bilməz. Pakistan, Şimali Koreya və İsrail kimi nüvə dövlətləri isə istəsələr belə Rusiyaya qarşı heç bir dövləti qoruya bilməzlər.

Vahid məkana çevrilməkdə olan Cənubi Qafqaz və Mərkəzi Asiyanı Rusiya təhlükəsindən qorumağa qadir iki ölkə, ABŞ və Çindən hansının “nüvə çətiri” altında olmağın daha faydalı olacağı, buna neçə nail olmağın mümkünlüyü haqqında başqa bir yazıda bəhs edəcəm.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Hindistanı Ukraynanın təhlükəsizlik zəmanətçiləri sırasında görmək istəyir

redaktor

Almaniyada Putinin kölgəsi üzə çıxır?

redaktor

Putinin yeni eskalasiyası Rusiya üçün ağır nəticələr doğura bilər

redaktor