Deyəsən taun Rusiyaya qayıdıb ya da ortada bioloji silah var? Artıq bir neçə gündür ki, İrkutsk şəhərinin sakinləri panikadadırlar.
İrkutsk vilayətində taunla mübarizə institutunun gənc qadın əməkdaşı 28 yaşlı Daria Şipilova taunun pnevmonik formasından vəfat edib.

Məlumatlara görə, o, laboratoriyada işləyərkən təhlükəli ştammlar olan şüşə borusunu təsadüfən sındırıb. Onun qaldığı Şelexov xəstəxanası karantinə alınıb.
Əlavə olaraq, laborantın ölümündən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərində taunun simptomları yaranıb. Xəstəxanalarda sərt məhdudiyyətlər tətbiq edilib: xəstələr buraxılmır və ailə ziyarətləri qadağandır.
“Baykal Xalqı” nəşrinin məlumatına görə, test üçün kontaktlar daşıyan təcili yardım maşınlarına FSB əməkdaşları müşayiət edirlər. Sakinlər küçələrdə qoruyucu kostyum geyinmiş adamların olduğunu bildirirlər və deyirlər ki, hətta uşaq bağçalarında maskalar paylanmağa başlayıb.
Hakimiyyət və təhlükəsizlik rəsmilərinin təcili iclası keçirilib, Rospotrebnadzor rəhbəri Anna Popova bölgəyə gəlib. Bu tədbirlər vəziyyətin ciddi olduğunu göstərir.
Epidemioloq Mixail Favorovun qadının əvvəlcə ağır pnevmoniya və ya COVID xəstəliyi diaqnozu ilə səhv salınaraq süni tənəffüs aparatına qoşulduğunu, əgər bu, həqiqətən də pnevmonik taun olsaydı, bu vəziyyətin tibb işçilərinin və digər şəxslərin də yoluxma riskini artıra biləcəyini açıqlasa da vəziyyətin tam mənzərəsini vermir. Çünki taun da hava yolu ilə ötürülən və asanlıqla yayılan pnevmonik xəstəlikdir və burda konkretlik və dəqiqlik tələb olunur.
Qəribəsi budur ki, hakimiyyət əhalini “müxtəlif şayiələrə” qulaq asmamağa və Rospotrebnadzorun açıqlamalarına etibar etməyə çağırır. Hakimiyyətyönlü media Sibir ərazilərində baş verən hadisə haqqında məlumatları siləndən sonra susmağa davam edirlər.
Regional hakimiyyət orqanları konkret diaqnoz qoymadan yalnız “çox təhlükəli infeksiya”dan danışmağa davam edir.
Yadımıza salaq ki, bir müddət əvvəl Sibir ərazilərində mal-qaranın kütləvi tələf edilməsi də hansısa “təhlükəli infeksiya” adı ilə aparılmışdı.
Yadımıza salaq ki, COVİD 19 pandemiyası da “təhlükəli infeksiya” adı ilə ucqar bir laboratoriyadan yola çıxmışdı və hava yolu ilə asanlıqla ötürülərək yayılan pnevmonik xəstəlik idi.
Orta əsrlərin xəstəliklərinin ömrü bitirilib. Buna baxmayaraq, ştammların laboratoriyalarda saxlanılması qaydaları indi də sərtdir. Şüşə kolbalar bizim klassik anlmada bildiyimiz şüşədən deyil ki, əldən yerə düşəndə sınsın. Buna görə laborantın “təsadüfən onu əlindən yerə salması” suallar doğurur. Bundan əlavə, təhlükəli ştammlar saxlanılan laboratoriyalara giriş zamanı xüsusi geyimlədən istifadə olunmalıdır. Deməli, ya Rusiyada it yiyəsini tanımır, məsuliyyətsizlik və səriştəsizlik laboratoriyalara da ayaq açıb. Ya da… FSB-nin proseslərə qoşulması faktı məsələni yalnız taun olmaqdan çıxarır: bəlkə Rusiyanın ucqarındakı laboratoriyada hansısa məxfi bioloji silah hazırlanır və diqqətsizlik ucbatından təhlükəli ştamm kənara sıçraya bilib? Versiya olsa da beyinlərdən keçir, çünki aydın və ətraflı məlumat yoxdur. Çünki totalitar rejimlər məlumatları qapalı saxlayırlar. Rusiya Sovet dövlətinin varisidir və demək olar ki, orda bu sahədə heç nə dəyişməyib. Buna görə Rusiya xəstəliyin real miqyasını gizlədə bilər.
Bu baxımdan ABŞ hökuməti Rusiyadan Sibirdə mümkün taun epidemiyası ilə bağlı daha çox məlumat tələb edir. ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo avtoritar hökumətlərin məlumatları gizlətmək cəhdləri ucbatından COVID-19 yerli epidemiyanın qlobal pandemiyaya necə çevrildiyini xatırladıb.
