26 C
Bakı
26 Sentyabr 2026 18:07
DinDünya

İranda məcburi hicaba qarşı çıxan qadınlara təzyiq artır

İran rejimi məcburi hicaba qarşı çıxan qadınlara qarşı təzyiq və cəzalandırma tədbirlərini davam etdirir.

İranVayr-ın məlumatına görə, İsfahanda məcburi hicaba riayət etmədiyi bildirilən bir sıra qadınların mobil telefon nömrələri bloklanıb. Məhkəmə orqanlarının isə nömrələrin yenidən aktivləşdirilməsini məhkəmənin keçirilməsi və həmin şəxslərin işləri üzrə qərar qəbul olunması ilə şərtləndirdiyi bildirilir.

Bununla yanaşı, İsfahan küçələrində məcburi hicabla bağlı xəbərdarlıqların artdığı, qadınlara xəbərdarlıq etmək üçün məmurların və digər şəxslərin küçələrdə fəaliyyət göstərdiyi barədə məlumatlar yayılıb.

Bu hallar İran rejiminin məcburi hicaba qarşı çıxan qadınlara təzyiqi yalnız küçə nəzarəti ilə məhdudlaşdırmadığını, bəzi hallarda hüquqi təqib və rabitə imkanlarının məhdudlaşdırılması kimi tədbirlərin də tətbiq edildiyini göstərir.

 

Sadiq İsabəyli

Tacxeber.com

Oxşar xəbərlər

Si Cinpin Vaşinqtondan nə qazandı, Tramp nə əldə etdi?

redaktor

Xarici Siyasətdə “İslamofobiya” tənqidi, daxildə hicab qadağası

redaktor

İranın hava blokadası İraqı da sarsıdır

redaktor