23 C
Bakı
25 Sentyabr 2026 20:57
DünyaHadisə

Qazaxstanda bu gün matəm elan edilib

Xəzər Dənizində, Hərbi Dəniz Qüvvələrinin təlimində dünən 24. 09 2026 tarixdə yüksək dalğalar 19 əsgəri dəniz içərilərinə aparıb. 14 nəfərin nəşi tapılıb, 3 nəfər xilas edilib, 2 əsgərinsə axtarışı gedir. Prezident Tokayev, Hökumət ayaqdadır.

Hadisə necə olub? Hərbi gesant gəmisi sahilə yaxınlaşıb, 1 metr dərinlikdə əsgərlər silahları və digər desant yükləri ilə duya ayrılıblar, quru sahilə çıxıb atəşlə hərbi təlimli tapşırığı yerinə yetirsinlər. Bu an qasırğa dərəcə küləkli dalğa başlayıb, 19 əsgəri əvvəl 2,5-3 metr dərinlikdə yaxındakı dənizaltı çuxura çəkib, ordan da tam donuz içərilərinə. Yüklü, silahlı əsgərlər dənizə müqavimətli ola bilməyiblər. Sinoptiklər həmin günə sırt külək ola biləcəyi xəbərdarlığını edib, komandanlıq səhlənkarca risqi nəzərə almayıb.

Ağır emosional və mənəvi itkidir Qazaxıstanın qardaş xalqı üçün, xüsusən illərlə müharibə və itkilər görməmiş durumla. Allah rəhmət eləsin.

Qazaxıstanda Müdafiə Nazirliyinin beş rəsmisi Xəzər dənizində 14 hərbçinin ölümündən sonra saxlanılıb. Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini də daxil olmaqla beş rəsmi şəxs general yüksək rütbəli zabitlər dərhal saxlanılıb.

İstintaq səhlənkarlığı, naviqasiya, təhlükəsizlik qaydalarına riayət olunmasını, hava şəraitini və qayığın texniki vəziyyətini nəzərdən keçirirlər. Əsgərlərin valideynləri sakitləşdirilir, hadisənin bu cür yanlışlıq, səhlənkarlıqla baş verməsi çox üzücü gəlir onlar üçün və xeyli də qəzəblidirlər.

Qazaxstanda bütün şənlik tədbirləri ləğv edilib.
Azərbaycan, Türkiyə s. ölklələr başsağlığı verib.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Suriya yeni və daha təhlükəli bir böhranın astanasındadır

redaktor

Gürcüstan-Rusiya sərhədi bağlandı – Nə baş verir?

redaktor

Sparta yerini Afinaya buraxır…..

redaktor