27 C
Bakı
21 Sentyabr 2026 13:27
DünyaSiyasət

Netanyahunun ABŞ planları alt-üst oldu?

Xeyli vaxtdır Trampla Netanyahunun görüşü, hətta telefon danışıqları barədə belə heç bir məlumata rast gəlmirəm.

Xatırlayırsınızsa, Tramp hakimiyyətə gəldiyi 20.01.2025 tarixindən 12.02.2026 tarixinədək Netanyahu Trampla 6 dəfə ABŞ-da, 1 dəfə də Tel-Əvivdə görüşmüşdü. Hələ telefon danışıqlarını demirəm. Həmin müddət ərzində Tramp heç bir ölkənin liderini uzağı 2 dəfədən artıq qəbul etməmişdi.

Bildiyimiz kimi, Tramp İran müharibəsində tam qələbəni ilk dəfə 2 martda elan etmişdi. Düzdür, sonra 50-60 dəfə də qələbə elan edib, amma hələ də gəmiləri Hörmüz boğazından keçə bilmir və Yaxın Şərqdən hərbi bazalarını köçürdür.

İran ABŞ-a elə “məğlub olub” ki, Trampla Netanyahuya salam da vermək istəmir. Tramp İranda bataqlığa düşdüyü və gül kimi dünya imperatorluğu planını zibilə döndərdiyi üçün Netanyahuya, Netanyahu da İrana nüvə bombası atmağa cürət etmədiyinə və gül kimi kabineti həbsxana kamerasına dəyişdiriləcəyinə görə Trampa nifrət edir.

İran müharibəsində “qələbə çaldıqdan” sonra Tramp Netanyahunu nə görmək, nə eşitmək istəyir. Fevraldan sonra Netanyahu yalnız 1 dəfə (28-29 iyulda) Vaşinqtonda olub – sionistbaşı senator Linsi Qrahamın dəfn mərasimində iştirakı bəhanə edib gəlmişdi. Tramp da məcbur qalıb onunla ayaqüsütü görüşüb, heç nəsiz yola salmışdı. Netanyahu onu elə bataqlığa soxmayıb ki, yenə onun sözləri ilə hərəkət etsin.

İndi İsrail və sionistlər ABŞ-da o qədər toksik mövzu olub ki, seçkiqabağı Tramp Netanyahu ilə nəinki görüşmək, heç adını da çəkmək istəmir. Deyir, iti görüm, qurdu görüm, Bibini görməyim.

Sabah Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının əsas yüksək səviyyəli həftəsi başlayacaq. Ənənəvi olaraq bu sessiyada bütün ölkələrin liderləri iştirak edirlər. Netanyahu da fürsətdən istifadə edib, səfər zamanı Trampla və bir çox vacib şəxslərlə görüşməyi planlaşdırmışdı. Bununla həm də İsraildə seçkilərqabağı reytinqini qaldırmaq istəyirdi. Proqram üzrə Netanyahu bu gün Nyu-Yorka uçmalı və planlaşdırılan müxtəlif görüşlərlə bağlı 3 gün ABş-da qalmalı idi.

19 sentyabrda İsrail mətbuatı məlumat verdi ki, Netanyahunun ABŞ-a səfər proqramı dəyişdirilib. Tramp onu nəinki iqamətgahında qəbul etməyəcək, heç BMT çərçivəsində də görüşməyəcək. Texasa planlaşdırılan görüşü də ləğv edilib (yəqin ki, qəbul etmək istəməyiblər – ənənəvi respublikaçı ştatda hazırda antiisrail şüarlarla demokratların namizədinin Senata seçilmək şansı böyükdür). İlon Maskla planlaşdırılan görüş də baş tutmayacaq…

3 günlük səfər proqramı heç bir gün də olmayacaq. Netanyahu 24 sentyabrda – BMT sessiyasında çıxış günündə Nyu-Yorka gələcək, saat 14:00-da çıxış edəcək (və fitə basılacaq) və çıxışdan dərhal sonra xarabasına qayıdacaq.

Deyəsən, BMT-də “NAZA” filmi də göstəriləcək.

 

Asif  Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Ramzan Kadırovun 100 faiz səs topladığı bildirilir

admin

Saakaşvili məhkəmədə Ukrayna himnini oxuyub

redaktor

“Daha 40 gün”: Zelenski Rusiya ilə bağlı cəsarətli bir açıqlama verdi

redaktor