24 C
Bakı
20 Sentyabr 2026 11:36
Sağlamlıq

Maya və mayasız…

Dünyada ən geniş yayılmış Mif-lərdən biri də mayasız çörəyin xeyiridir. Əməlli paranoya halın alıb.

Biraz biokimyavi ekskurs edək:

1. Maya göbələkdir, canlı orqanizm
2. Göbələk qlukoza yeyir, CO2 ifraz edir
3. Xəmirin tərkibindəki qlukoza demək azalır
4. CO2 ifraz olarkən xəmir şişib böyüyür, aradakı boşluqları çoxalır, xəmirin sıxlığın azalır, nəticədə böyük həcmdə kütlə azalır
5. Çörək bişərkən göbələk ölür

Sual. Tərkibində şəkər azalırsa, sıxlığı azalırsa, həmin həcmdəki mayasız çörəkdən yüngül olursa, ziyan hardadı?

Bu əfsanənin üstündə mayasız çörək biznesləri qurulub
Ümumiyyətlə inanc üzərində qurulan bizneslər davamlı və gəlirli olur.

Ümumiyyətlə biokimyavi nöqteyi nəzərdən xeyirli qida anlayışı yoxdur. Hüceyrənin qapısına 20 aminturşu, 4 şəkər (glu, fru, gal, rib), və yağ turşuları gəlir. Ağzın girişində məhsulun adı nə idi hüceyrəni maraqlandırmır.

 

Faiq Məmmədov

Tacxeber.com

Oxşar xəbərlər

Mövsümi yorğunluqdan bu qidalarla xilas ola bilərsiniz – Enerjinin təbii qaynaqları

redaktor

Zəngli saat  çalmazdan əvvəl oyanırsınız? – Millisaniyəlik oyanışın səbəbi nədir?

redaktor

Beyni cavan saxlayan stolüstü OYUNLAR

redaktor