23 C
Bakı
18 Sentyabr 2026 22:45
Dünya

Səfərbərlik olmayacaq? Məncə, olacaq…

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya hakimiyyətinin ilin sonunadək əlavə 300 min nəfəri hərbi xidmətə çağırmaq planları ilə bağlı yayılan məlumatları rəsmi şəkildə təkzib edib.

RTVI telekanalına açıqlama verən Peskov bu cür planların olmadığını və iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Bundan əvvəl “Bloomberg” agentliyi Avropa təhlükəsizlik rəsmilərinə və daxili mənbələrə istinadən xəbər vermişdi ki, Rusiya ilin sonuna qədər orduya əlavə 300 min əsgər cəlb edə bilər.

Agentlik qeyd edirdi ki, 2022-ci ilin payızında olduğu kimi bu dəfə rəsmi və genişmiqyaslı “qismən səfərbərlik” elan olunmaya bilər, əvəzində qapalı/gizli səfərbərlik mexanizmlərindən və elektron çağırış sistemindən istifadə edilə bilər.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Dünya karantini bitirdi, Azərbaycan sərhədləri açmadı

redaktor

İranın Ermənistanda aktivləşmə siyasəti: lojistika və enerji bazarları

redaktor

Cared Kuşnerdən Putinə tərs sillə

redaktor