23 C
Bakı
11 Sentyabr 2026 11:34
HadisəŞikayət

Gəncədə ” Fizuli”nin tüstüsü

Gəncə şəhərində olan, Sabuhi Əliyev küçəsi yaxınlığında yerləşən “Fizuli” restoranı  sakinlərin narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə çoxsaylı şikayətlər olunsada, aidiyyəti qurumlar heç bir tədbir görmür.

Belə ki,  Cabbar Ələkbərov və Cahangir Axundov küçəsinin yaxınlığında ekologiya çirklənməsi, qida təhlükəsizliyinin tələbləri kobud şəkildə pozulur.

Sözü gedən ərazidə kababın tüstüsü bütün küçələrə yayılır, sakinlərin hərəkət etdikləri yolda stollar qoyulur, səkilərdə maşınlar dayanır, yol kənarında qoyulan masalarda içki məclisləri olur.

Gəncə Şəhər İcra Hakimiyyətinə, 10 saylı region Ekologiya İdarəsinə, Qida Təhlükəsizlik Agentliyinə dəfələrlə müraciət olunsada heç bir tədbir görülmür.

 

Ofeliya Davudqizi

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Odessa limanı yaxınlığında bir gəmiyə dron hücumları nəticəsində Azərbaycan dənizçiləri həlak olub

redaktor

“Şəki faciəsi: məsuliyyəti küləyin üzərinə atmaq olmaz”

redaktor

Zubirin transferində gözlənilməz problem – Keçidi təsdiqlənmədi

admin