Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılır. İcraçı direktor Anar Bayramov mətbuat konfransında deyib ki:
Yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunur;
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək.
“Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir”.
Anar Bayramov bildirilib ki, əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.
Məsələn:
Ailə və sahə həkimləri – 1150 manatdan 2000 manata;
Anestezioloq-reanimatoloqlar – 1450 manatdan 3000 manata;
Təcili tibbi yardım şöbələrinin həkimləri – 1550 manatdan 2500 manata qədər əməkhaqqı alacaqlar.
Orta tibb heyətinin əməkhaqqı 17, kiçik tibb heyətinin əməkhaqqı isə 18 faiz artırılır. Ayrı-ayrı vəzifələr üzrə daha yüksək artımlar da nəzərdə tutulub.
Regionlarda kadr çatışmazlığı olan ixtisaslar üçün xüsusi stimullaşdırıcı əlavələr tətbiq ediləcək. Məqsəd həm tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq, həm də bölgələrdə keyfiyyətli tibbi xidməti daha əlçatan etməkdir.
Bu, çox yaxşı xəbərdi, çünki bu sahədə xeyli problemlər var, onların biri də maaş azlığı, regionlarda hıkim çatışmazılığııdır. Məlumdur ki, ırf maddi təminatın yetərli olmadığı səbəbindən həkimlər ölkəni tərk edirlər. Almaniyaya köçənlərin sayı 4 minə nəfərə yaxındır.
Başqa problemlər də həll olunmalıdır:
Tibbi sığortaya bütün əhali təbəqələrinin əlçatanlığının təmin olunması vacibdir. Son vaxtlar özəl tibb sektorun dövlət tibb sığortasına çıxışı xeyli məhdudlaşıb. Xüsusi ilə özəl sektorda çalışıb tibb sığorta haqqı ödəyənlərin özəl tibb müəssisələrinə müraciət etmək seçimi olmalıdır.
Tibb müəssisələrinin maddi-texniki bazasının müasir standartlar səviyyəsinə qaldırılması;
Ailə həkimi institununun inkişaf etdirilməsi;
Xaricə köçən tibb işçilərinin ölkəyə qayıdışını stimullaşdırmaq və s.
TƏBİB-dən sonra Səhiyyə Nazirliyi də tabeliyində olan tibb müəssisələrində çalışan heyətin maaşını artırmaq barədə düşünməlidir. Çünki istər elmi-tədqiqat institutlarında, istərsə də xəstəxanalarda həkimlər və digər personal aşağı əməkhaqqı alır. Ümid edək ki, bu istiqamətdə tezliklə addımlar atılacaq.
