İdman

Bakıya kim gəlsin?

… İndi gələk sizi yormayacaq, əksinə fərəhləndirəcək qısa statistikaya. Bunlara imza atan bir Azərbaycan klubudur və artıq illər arzusunda olduğumuz göstəricilər deyil.

Beləliklə, UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin…
– Ən çox qələbə qazanan komandası: “Sabah” (6 qələbə)
– Ən çox qol vuran komandası: “Sabah” (18 qol)
–  Qapıya ən çox zərbə endirən komandası: “Sabah” (137 dəfə)
– Ən çox künc zərbəsi vuran komandası: “Sabah” (48 dəfə)
– Qapı çərçivəsinə ən çox dəqiq zərbə vuran komandası: “Sabah” (52 dəfə)
– Bombardirləri: 1-ci yer, Velko Simiç (“Sabah”), 6 qol, 2-ci yer (şərikçi) Coy-Lens Mikels (“Sabah”), 4 qol
– Ən çox qol ötürməsi edən oyunçusu: Timoteuş Puxaç (“Sabah”), 5 assist
***
Doğrudur, bu göstəricilər “Sabah”ın təsnifat mərhələsində xüsusilə hücum xəttində əla oyun nümayiş etdirdiyini göstərir. Amma narahatlıq doğuran faktı da görməzdən gəlməməliyik. Xüsusən müdafiədə müəyyən boşluqlar var. Təcrübəli qapıçısı Stas Pokatilov isə son matçda iki qolla nəticələnən inamsız oyunundan nəticə çıxarsa yaxşı olar. Çünki Liqa mərhələsində daha güclü rəqiblər olacaq.
Yeri gəlmişkən, bu gün püşkatmadır. Ümid edək ki, 1-ci səbətdən “Real”, “Barselona”, PSJ kimi böyük adlardan biri ya ikisi rəqibimiz olar.

Aydın Bağırov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

O epizodda qapı arxasındakı kamera nəyi çəkirdi?

admin

“Hapoel” azarkeşləri durmadan Bakıya gəlir

admin

“Azərbaycan millisindən gələcək təklifə məmnun olaram” – Eren Aydın

admin