DünyaSiyasət

“Troya atı-2”: ABŞ İranda 1 milyard dollarlıq planı niyə həyata keçirə bilmədi?

16 avqustda ABŞ-ın “Axios” nəşri İran müharibəsinin maraqlı bir gizli hadisəsi haqda məqalə yazdı.

Məqaləyə görə, Tramp İranın rəsmi nümayəndələrinin səlahiyyətlərinə şübhə edərək, əsl səlahiyyətlərə malik SEPAH komandanı general-mayor Əhməd Vahidi ilə əlaqələr qurmağa çalışıb. Bunun üçün Tramp o vaxt ABŞ Milli Kəşfiyyatının rəhbəri olan Talsi Qabbarda xüsusi tapşırıq verib. Tapşırıq barədə vitse-prezident Di Vens də məlumatlı olub (çünki o, İranla danışıqlar qrupuna rəhbərlik edirdi).

Artıq dəqiqləşdirilib ki, Qabbard mayın 10-da İraq Kürdüstanın başçısı Neçirvan Bərzaniyə zəng edib və ona Vahidi ilə birbaşa əlaqə yaratmaqda köməklik etmək barədə Trampın xahişini (tapşırığını) çatdırıb. Vaxtilə Tehran Universitetində təhsil almış, fars dilində sərbəst danışan və bir çox İran rəsmiləri, həmçinin İŞİD-lə mübarizə zamanı SEPAH rəhbərliyi ilə şəxsi əlaqələri olan Bərzani bu xahişi yerinə yetirməyə razılaşıb.

“Axios”un məlumatına görə, SEPAH komandanı gizli telefon danışığında ABŞ ilə danışıqları dəstəkləməyə hazır olduğunu və münaqişənin diplomatik yolla həllində maraqlı olduğunu təsdiqləyib. Vaşinqton Vahidi ilə Ərbildə (ABŞ-ın hərbi bazasının olduğu İraq şəhəri) gizli görüş keçirməyi təklif edib, lakin Vahidi İsrail kəşfiyyatının iştirakından ehtiyat etdiyi üçün buna razılaşmayıb.

Bunları “Axsios” yazmışdı. İndi isə hadisənin ona bildirilməyən hissəsi haqda yazım.

ABŞ İrana müharibə yolu ilə qalib gələ bilməyəcəyini və İslamabad danışıqlarında bir şey əldə edə bilməyəcəyini başa düşdükdən sonra ölkədə ən səlahiyyətli şəxslərdən birini satın almağa çalışıb. Vahidi ilə gizli əlaqə yaradıb, ona $1 milyard pul təklif ediblər. Onların ssenarisinə görə Vahidi İranın Delsi Rodrigesi olmalı idi (düzdür, Delsi çox ucuz satılmışdı).

Vahidi bu məlumatı SEPAH-ın yaradıcılarından biri, 1981-1997-ci illərdə SEPAH-ın komandanı olmuş, hazırda İran Milli Təhlükəsizlik Ali Şurasının katibi olan general-mayor Möhsen Rezaiyə və ali rəhbər Müctəba Xameneiyə çatdırıb. Bununla da ABŞ-ın planları pozulub.

ABŞ-da belə bir aforizm var: kimi pulla almaq mümkün deyilsə, onu böyük pulla almaq olar. Onlar bu aforizmin doğruluğuna şübhə etmirlər. Çünki özləri də belədirlər.

Latın Amerikasında həmişə belə ediblər və həmişə də alınıb. Fidel Kubasında alınmadı, İranda da alınmadı – çünki bu adamlar pul uğrunda yox, ideya uğrunda mübarizə aparırlar.

“Troya atı-2” əməliyyatının detalları barədə məlumatı adının açıqlanmasını istəməyən Pakistanın ən yüksək səviyyəli vasitəçilərindən biri verib.

Buna görə İran məğlub olmadı: https://www.facebook.com/share/p/1Dkq2ZYp5X/

P.S. Əhməd Vahidi əvvəlki komandan Məhəmməd Pakpur öldürüldükdən sonra 28 fevralda SEPAH-ın komandanı təyin olunub.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Rusiya Ukraynanın dəniz dəhlizini boğmağa çalışır

redaktor

Zelenski Hikmət Hacıyevi mükafatlandırdı

redaktor

Zelenskinin Putinə videomüraciətindən sitatlar

admin