22 C
Bakı
15 Oktyabr 2026 23:41
İdman

“Qarabağ”ın avrokubok matçındakı qadın hakim – Emanuela Rusta kimdir?

Dünən UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Tvente” – “Qarabağ” matçının (0:1) hakimlər briqadasında qadın hakim də yer alıb.

Söhbət albaniyalı Emanuela Rustadan gedir. 32 yaşlı hakim qarşılaşmada 4-cü hakim funksiyasını yerinə yetirib. Görüşün baş hakimi isə onun həmyerlisi Juxhin Xhaja olub.

1993-cü il dekabrın 18-də Albaniyanın Elbasan şəhərində anadan olan Rusta ölkəsinin ən tanınmış qadın futbol hakimlərindəndir. O, 2019-cu ildə FIFA referisi statusunu alan ilk albaniyalı qadın hakim kimi tarixə düşüb.

Rusta 2023-cü ilin iyununda UEFA hakimlərinin birinci kateqoriyasına yüksəlib. 2025-ci ilin dekabrında isə qadın hakimlər arasında UEFA-nın Elit kateqoriyasına daxil edilən ilk albaniyalı olub.

Albaniyalı referi ölkəsində kişilər arasında yüksək liqa matçlarını da idarə edib. FIFA-nın hazırkı siyahısında Rusta həm baş hakim, həm də video-hakim kimi yer alır.

Onun kişilərin avrokubok yarışlarında da təcrübəsi var. Rusta 2023/24 mövsümündə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin FCSB – SSKA-1948 (3:2) oyununda 4-cü hakim olub.

2025/26 mövsümündə isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirilən “Austriya” (Vyana) – “Banik” (Ostrava) matçında eyni funksiyanı yerinə yetirib.

Rusta qadın futbolunda daha yüksək səviyyəli beynəlxalq oyunlarda baş hakim kimi çalışıb. 2024-cü ildə UEFA Qadınlar Çempionlar Liqasında “Benfika” – “Barselona” matçını idarə edən ilk albaniyalı qadın hakim olub. (Qol.az)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Diqqət! Azərbaycan derbisi gəlir…

admin

“Ağılla Rusiya dərk edilməz…”

admin

Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”

admin