29.4 C
Bakı
07 Avqust 2026 23:43
DünyaSiyasət

Məkkə sazişi: Yeni regional güc mərkəzi formalaşır

Məkkədə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan birgə müdafiə sazişi Yaxın Şərqdə son illərin ən mühüm geosiyasi hadisələrindən biri hesab oluna bilər.

Sazişin əsas mahiyyəti ondan ibarətdir ki, tərəflərdən birinə silahlı hücum digər tərəflərin də təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək və müdafiə sahəsində koordinasiya gücləndiriləcək.

Bu hələ NATO tipli tam kollektiv müdafiə sistemi deyil.

Amma artıq yeni təhlükəsizlik arxitekturasının formalaşmasının ilk əlamətidir.

Bu ittifaq niyə vacibdir?

Çünki burada üç fərqli strateji üstünlük bir araya gəlir:

Türkiyə – NATO təcrübəsi, güclü ordu və inkişaf etmiş müdafiə sənayesi.
Pakistan – nüvə silahına malik yeganə müsəlman dövləti.
Səudiyyə Ərəbistanı – regionun ən böyük maliyyə və enerji güclərindən biri.

Bu üç amilin eyni platformada birləşməsi artıq təkcə regional deyil, qlobal geosiyasətdə də diqqətlə izlənilir.

Bəs Misir niyə yoxdur? Çünki dövlətin daxilində ciddi problemlər var. Həm də Əbdülfəttah əs-Sisi regional təhlükəsizlik əməkdaşlığını dəstəkləsə də, formal kollektiv müdafiə bloklarına qoşulmağa tələsmir.

Bəs Misir gələcəkdə qoşula bilərmi?

Bu ehtimal kifayət qədər yüksəkdir.

Qərb necə qiymətləndirir?

Qərb analitikləri bu prosesi iki istiqamətdə dəyərləndirirlər.

Bir qrup hesab edir ki, region dövlətləri artıq öz təhlükəsizliklərini daha çox özləri təmin etməyə çalışırlar.

Digər qrup isə bunu İranın regional təsirinə qarşı yeni balans mexanizminin yaranması kimi qiymətləndirir.

Eyni zamanda qeyd olunur ki, ABŞ-ın Yaxın Şərqdə dominant təhlükəsizlik modeli tədricən dəyişməyə başlayır.

İran necə baxır?

İran mediasında və siyasi dairələrində bu saziş əsasən Tehranın regional nüfuzuna qarşı formalaşan yeni blok kimi təqdim olunur.

Tehranda belə hesab olunur ki, məqsəd İranın təsir imkanlarını məhdudlaşdırmaq və onun proksi qüvvələrinin fəaliyyətini zəiflətməkdir.

Ərəb ölkələrinin mövqeyi

Körfəz ölkələrinin əksəriyyəti bu əməkdaşlığa müsbət yanaşır.

Son illərdə İranla gərginliyin artması, Husilərin hücumları və enerji marşrutlarına təhlükələr ərəb ölkələrini daha sıx təhlükəsizlik əməkdaşlığına sövq edir.

Əsas nəticə

Ən vacib məqam budur:

Bu, “sünni NATO” deyil.

Ancaq İranın, İsrailin və hətta ABŞ-ın eyni vaxtda hesablaşmalı olacağı yeni regional güc mərkəzinin başlanğıcı ola bilər…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı tələbə rus hücumundan sonra öldü: dənizçi olmaq arzusu müharibə tərəfindən alt-üst oldu

redaktor

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən yeganə sülh modeli

redaktor

Bakının Moskva-Kiyev diplomatiyası

redaktor