DünyaSiyasət

Qazaxıstan Türk dünyasının iqtisadi lokomotivinə çevrilir

Türküstanın və bütövlükdə Türk dünyasının gələcəyi Qazaxıstanın siyasi, iqtisadi və texnoloji  inkişafından asılıdır. Qənaətimcə yalnız Qazaxıstan Türküstanın və bütövlükdə Türk dünyasının iqtisadi lokomotivi ola bilər.

Qazaxıstanın “Falcon Eurobus” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik avtobuslarını Almaniyaya ixrac etməyə başlaması qənaətlərimin yanlış olmadığını göstərir. Berlində yerləşən nəqliyyat şirkəti ilə müqaviləyə görə “Falcon Eurobus” Almaniyaya 52 elektrik avtobusu göndərəcək. Avtomobil dünyasının mərkəzi hesab olunan Almaniyaya elektrik avtobusları satmaq böyük hadisədir.

Pakistanla fevral ayında əldə edilmiş razılığıa görə isə “Falcon Eurobus” MMC-i bu ölkəyə 600 ədəd elektrik avtobusu satacaq. İlk partiya bu ilin payızında Pakistana təqdim ediləcək. Türküstanın və bütövlükdə Türk dünyasının gələcəyi Qazaxıstanın inkişafından birbaşa asılı olduğu kimi, Rusiyanın çöküşü ilə meydana çıxacaq yeni türk dövlətlərinin (İdel-Ural) gələcəyi də önəmli şəkildə Qazaxıstandan asılı olacaq. Qazaxıstanın gələcəyi isə “Falcon Eurobus” MMC-i kimi şirkətlərin uğurundan asılıdır. Azərbaycan dövləti və cəmiyyəti Qazaxıstanın inkişafı üçün əlindən gələn hər şeyi etməlidir.

Türk dünyasını ərəb çöllərində batırmağa çalışan ərəbçilərin Qəzza, Fələstin kimi fəlakətli çağrışlarına qoşulmaq nə qədər təhlükəlidirsə,Qazaxıstana dəstək olmaq Türküstanın və bütövlükdə Türk dünyasının gələcəyinə bir o qədər dəstək olmaq deməkdir.
Türküstan ilə ərəb dünyası arasında seçim zamanı ikincini seçənlərə Azərbaycan cəmiyyətində yer olmamalıdır.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Pekin Tehran xətti güclənəcək…

redaktor

Müharibə Əfqanıstana sıçradı

redaktor

Talibana qarşı yeni cəbhə açıldı

redaktor