CəmiyyətDünya

Almaniyaya qayıtmaq istəyən azərbaycanlı ailə sərhəddən geri qaytarıldı

Almaniyada yaşayış hüququlu Azərbaycanlı ailəyə bir İl ölkəni tərk etdikdən sonra, yenə Almaniyaya qayıdışda girişdən imtina edildi.

Almaniyanın Saksoniya dövlət sərhədində müntəzəm yoxlamalar aparan federal polis əməkdaşları bir ailənin etibarsız sənədlərlə ölkəyə girməsinin qarşısını alıblar. Ukrayna nömrə nişanlı nəqliyyat vasitəsi ilə Podroşe sərhəd keçid məntəqəsinə gələn dörd nəfərlik Azərbaycanlı ailə polis tərəfindən saxlanılıb.

Onların Almaniyada yaşamaq icazələri sənəd üzərində etibarlı görünsə də, sistem yoxlaması həqiqəti üzə çıxarıb. Ailənin bir ildən çoxdur ki, Almaniyadan kənarda yaşadığı və buna görə artıq yaşayış hüququnu itirdiyi müəyyən edilib.

Polis bu etibarsız sənədləri müsadirə edib və ailəyə qarşı məhkəmə prosesi başlayıb. Qanun tələblərinə cavab vermədiyi aşkarlanan ailə lazımi prosedurlar yerinə yetirildikdən sonra Polşaya geri göndərilib.

P. S.
Yəqin ki, müharibəyədık Ukraynada yaşayıblar, müharibə başlananda Almaniyaya gəliblər və onlara (urkainlərə güzəşt kimi) müvəqqəti ya daimi yaşayış hüququ veriblər. Onlar da belə bir hüququ alıb, arxaylnlaşıb yenə Ukraynaya qayıdıblar, qanunu bilmədən. Və təzədən Polşa ərazisini keçməklə Almaniyaya qayıdanda bu problem yaranıb. İndi Polşa da onları avtomatik Ukraynaya ötürər onları.

Almaniyada (yəqin ki, Avropa Birliyi məkanında)  müvəqqəti və hətta, daimi yaşayış hüququ olan həmvətənlərə bildirim. Rəsmi icazəsiz 6 aydan çox müddətdə, AB sərhədi kənarında qalmaqla Almaniyada (ya AB-də) yaşayış hüququnu itirə bilərsiniz. 1 aydan çox qalsanız isə, müavinəti.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Hikmət Hacıyevin bir cümləsi üzərində düşüncələr

redaktor

Niyə Quba-Xaçmaza “Şimal”, Lənkərana-Astaraya “Cənub” deyirik?

redaktor

Sionistlər sentyabr üçün sürprizlər hazırlayır…..

redaktor