Cəmiyyət

Hikmət Hacıyevin bir cümləsi üzərində düşüncələr

Hikmət Hacıyev və Tural Sadıqlının dialoqunda bir cümlə xüsusilə diqqətimi çıkdi və bunun açmasını tapmağa çalışdım. Hikmət Hacıyev bildirdi ki, “Həyatda ən pis şey Vətənə xəyanət etməkdir, dövlətə xəyanət etməkdir. Mən tam səmimi deyirəm, o statusda yaşayanlara yazığım gəlir”. Çox qəribədir. Adətən belə halda “yazığım gəlir” ifadəsinin yerinə “nifrət edirəm”, yaxud “qəzəblənirəm” deyilməli idi. Niyə məhz yazığım gəlir? Dərindən düşünəndə görürsən ki, Hikmət Hacıyev bu ifadənin məğzini başa düşərək işlədib. Və bu ifadəni işlətməyə dərin qatda baş verənləri bilməyindən, xəbərdar olmağından irəli gəlir. Doğrudan da xaricə qaçan “dissidentlər” yazıq duruma düşürlər. Nəinki yazıq duruma, onları tələyə salırlar. Və o elə tələdir ki, çırpınsalar da, çıxa bilmirlər, çıxmağa ixtiyarları da yoxdur. Heç dərdlərini digərlərinə söyləyə də bilmirlər ki, tələdəyik.

Ölkələrindən qaçan “dissidentlər həm də xaricdəki azadlıqlarını və imkanlarını məhdudlaşdıran mürəkkəb hüquqi, maliyyə, psixoloji və təhlükəsizlik amilləri ilə tələyə salıblar. Ən birinci sıxılma hüquqi və bürokratik maneə, sənədləşmə problemlərində üzə çıxır.
Birinci, xaricdən Azərbaycanı söyənlərin əksəriyyətinin Avropaya lazım olan ixtisasları yoxdur: tibb sahəsi, elektronika və s. Budur əsas onlara lazım olanlar. İncəsənət sahəsində də dünya şöhrətli şəxs olmalısan ki, sığınacaq versinlər. Lakin azərbaycanlı dissidentlərin aldıqları təhsil xaricə lazım deyil və onlardan kifayət qədərdir, saylarından minlər yaranıb.
İkincisi, xarici pasportun müddətinin bitməsi insanı hüquqi statusdan məhrum edir. Başqa problem də ortaya çıxır: sığınacaq asılılığı. Qaçqın statusunun nəzərdən keçirilməsi illərlə çəkə bilər. Bir çox sahədə – hüquq, media, dövlət qulluğu – diplomlar və iş təcrübəsi xaricdə dəyərsizdir.
Diplom keçmir, üstəlik yeni ixtisasa yiyələnməyə də icazə verilmir. Söyüş söyməyi, anti propaqandanı dayandırıb sığındığın ölkəyə lazım olan ixtisası öyrənməyə konkret icazə veriımir: “sən bizə antipropaqanda üçün lazımsan ki, Azərbaycandan istədiyimizi alaq”. Bu, təkcə Azərbaycana tətbiq edilmir. İstənilən ölkənin şantajı üçün o ölkələrin dissidentlərini də tələyə salırlar.

Niyə yazığın gəlinməsi? İxtisas öyrənə bilməzsən. Kənara çəkilib sakitlik əldə etmək qadağandır: “İstənilən vaxt səni ölkənə təhvil verə bilərik”. Və yəqin ki, dördüncüsü, təhlükəsizlik xidməti ilə imzalanan sənəd. Bir var ölkənə təhvil vermək, bir də var təhlükəsizlik orqanı ilə əməkdaşlıq. Bunun maddəsi çox ağırdır.
O ki qaldı Tural Sadlqlını qınamağa ki, sakit dayandı, yaxşı danışa bilmədi. Gəlin qarşı tərəfi də nəzərə alaq. Hikmət Hacıyev həm də mətbuat xidmətinin rəhbəri postunda çalışıb, hər gün onlarla açıqlama verib, təmas qurub. Lap Tural Sadıqlı qəzəbli, ucadan, qışqırıb danışsaydl belə, Hikmət Hacıyev özünə arxayın idi və belə olmasaydı, yaxınlaşmazdı. Dialoq zamanı bir ifadəni də xatırlayaq. Tural Sadıqlı bildirir ki, dəvət etmək olar.
Bəlkə də bir anlıq deyilə bilərdi ki, dəvət edirik. Lakin Hacıyevin hazırcavablığı özünü göstərdi: Bu, sizin seçiminizdir.

Və ən sonuncusu: Vətəndən uzaq qalmaq, sosial əlaqələrin pozulması depressiyaya və dərin təcridə səbəb olur. Necə deyərlər, o statusda yaşayanlara yazığın gəlinməsi və mövcud durumlarına halın acıması baş verir.

 

Azər Qismət

Tacxeber.com

Oxşar xəbərlər

Kim məşhurdursa, onun azadlığı?

redaktor

“Həkimdən MRT istəyimə cavab: ‘Xoruz banlamırdı, səhər açılmırdı?’”

admin

Üzeyir Abas saxlanıldı

redaktor