Argentina müstəqilliyini elan etməzdən əvvəl dövlətlərinin azadlığı uğrunda mübarizə aparan Manuel Belqrano başda digər liderlər düşünürdülər ki, ölkə respublika olsa, Avropa dövlətləri onları tanımayacaq.
Plan o idi ki, Argentina həm müstəqil olsun, həm də İspaniya sülaləsindən bir kral tərəfindən idarə edilsin.
1814-cü ildə Argentina hökuməti Manuel Belqrano və Bernardino Rivadaviyanı gizli diplomatik missiya ilə Avropaya göndərdilər ki, kralı razı salıb onun kiçik oğlunu taxta əyləşdirsinlər və konstitusiyalı Argentina kralı olsun. “Böyük Plana Krallığı” Argentinanın alternativ adı olacaq idi.
İspaniya kralı bunu vətənə xəyanət kimi qəbul etdi və VII Fernando bəyan etdi ki, Cənubi Amerika torpaqlarına heç bir azadlıq və ya xüsusi status verməyəcək, oraları ancaq qan və silah gücünə yenidən imperiyaya bağlayacaq.
9 iyul 1816-cı ildə Tucuman şəhərində toplanan konqres heç bir monarx axtarışına getmədən İspaniya asılılığı olmayan müstəqilliyini elan etdi və Argentina Respublika yolunu seçdi
Bu gün 19 İyul 2026-cı il. Dünya kubokunun finalı müəyyən edəcək. İspaniya Lamin Yamalı Argentina kralı elan edəcək, yoxsa Messi dövlətinin Respublika kimi qalması uğrunda mübarizədən qalib çıxacaq !
