DünyaMuharibə

Rusiyanın dəniz və quru logistikasına ağır zərbə: “Buk” kompleksi və körpü dağıdıldı

İyulun 19-u gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra mühüm hərbi və hərbi-iqtisadi obyektlərinə zərbələr endirib.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Qara dənizdə iki Rusiya tankeri, eləcə də Azov dənizində üzən bir kran vurulub.

“Tankerlərdən Rusiya silahlı qüvvələri üçün neft, neft məhsulları və yanacaq daşınması üçün istifadə olunurdu. Üzən kran liman əməliyyatlarını, yüklərin yüklənməsi və boşaldılmasını təmin edir, həmçinin işğalçı ordunun dəniz logistikasının fəaliyyətini dəstəkləyirdi” – məlumatda qeyd olunur.

Bundan əlavə, Ukrayna hərbçiləri Zaporojye bölgəsinin Zelenopillya şəhəri yaxınlığında Buk zenit-raket kompleksini vurub.

Donetsk vilayətinin Novoekonomiçeski rayonundakı avtomobil körpüsü də dağıdılıb. Baş Qərargahın məlumatına görə, Rusiya qoşunları bu körpüdən hərbi logistika təminatı üçün istifadə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

redaktor

Urvarsız hala salınan Hörmüz boğazı: İran öz başına döyə-döyə qalacaq

redaktor

Çin “Pax Silica”-ya qarşı “WAICO” ittifaqını yaradır

redaktor