Rusiya bir müddətdir Ukrayna ərazisində “Nova Poşta” elektron ticarət platformasının anbarlarına ardıcıl zərbələr endirir, onları məhv edir.
Hərbi sahə ilə bağlılığı olmayan obyektləri vurmaq istəməyən Ukrayna tərəfi xeyli gözlədikdən sonra bu hücumlara cavab verməyə başlayıb. Bu gün səhər Rusiyanın ən iri marketpleysi olan “Wildberries”in Moskva vilayətindəki Elektrostal şəhərində yerləşən böyük anbarı tamamilə məhv edilib. Yanğından yaranan qatı tüstü dumanı Moskva şəhərinə qədər gedib çatıb.
Bundan başqa, “Wildberries”in Tambov vilayətinin Kotovsk şəhərindəki anbarı da vurulub. Şirkət zərərə məruz qalan tərəflərə kompensasiya ödəməyəcəyini açıqlayıb.
Bu hücumlar, davam edəcəyi təqdirdə, Rusiyada ictimai narazılığı artıran amillərdən biri ola bilər.
