20 C
Bakı
19 Oktyabr 2026 22:40
DünyaGündəmSiyasət

Azərbaycanın dəyişməz mövqeyi və Peskovun iddiası

Peskov deyib ki, sitat: “Azərbaycan Prezidentinin Ukrayna münaqişəsinə münasibəti yanlışdır”.

İlham Əliyev nə deyib, sitat: “Azərbaycanın mövqeyinə gəldikdə, o, dəyişməz olaraq qalır. Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir. Biz həmişə Ukrayna xalqına, necə deyərlər, əlimizdən gələn köməyi etməyə hazırıq”.

Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?! Prezident çox doğru, beynəlxalq hüquqa, vicdana, həqiqətə uyğun danışıb, Azərbaycan xalqının, cəmiyyətinin böyük əksəriyyətinin düşüncəsini əks etdirib, düzgün münasibət göstərib. Sizi yandıran, səhv olan nədir axı?! Siz, Rusiya, başqa ölkənin torpağını işğal etməyə normal baxırsınızsa, bunun gələcəkdə mütləq “bumeranq” effekti olacaq – sabah, sizin də torpaqlarınız parçalananda hamı buna normal yanaşacaq, hatta bu yöndə çalışacaq. Anlayırsız bunu?!

 

Natiq Cəfərli
Tacxeber.com

Oxşar xəbərlər

Tehranın İslamabada sərhəd mesajı

redaktor

Sanksiya, yoxsa siyasi tamaşa?

redaktor

Nardarandan Berlinə: İran bayrağı nəyi ifadə edir?

redaktor