DünyaSiyasət

Peskov Ukrayna ilə bağlı fikir ayrılıqlarının Azərbaycanla münasibətlərə mane olmayacağını bildirib

Rusiya və Azərbaycan Ukraynadakı vəziyyətlə bağlı fərqli mövqelər tuturlar, lakin Moskva bunu ikitərəfli münasibətlərin inkişafına maneə hesab etmir.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna məsələsində Moskvadan fərqli mövqe tutan digər tərəfdaşları da var.

Peskov vurğulayıb ki, “bu, aramızda fikir ayrılığı mövzusudur, amma biz inanmırıq ki, bu, ikitərəfli münasibətlərə kölgə salmalıdır. Biz burada praqmatik yanaşma tətbiq edirik”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Hitlerə qarşı sui-qəsdin fəal iştirakçılarından biri Fabian fon Şlabrendorf

admin

Son günlər Hörmüz boğazında nələr baş verir

redaktor

Savaş artıq Kremlin qapısını sındırıb içəri girib!

redaktor