26.7 C
Bakı
13 İyul 2026 10:25
DünyaSiyasət

Lindsi Qremin qəfil ölümünün üzə çıxardığı gerçəkliklər

ƏUkranya və İsrailin qızğın tərəfdarı, Rusiya və İranın qatı əleyhidarı senator Lindsi Qremin (Lindsey Olin Graham) qəfil ölümü çoxsaylı konspiroloji fikirlər doğurub.

MAGA hərəkatının öncül bloggeri Laura Loomer, Weatherman Fondunun prezidenti, general Kett Kelloqun qızı Megan Mobbs, Fox News şərhçisi Mark Thiessen senator Lindsi Qremin qəfil ölümündə Rusiyanın əlinin olduğunu bildirirlər. ABŞ-dakı Rusiyapərəst qüvvələr senatorun qəfil ölümündə Ukraynanın iştirak etdiyi fikirini yaymağa çalışırlar. Senator Lindsi Qremin ölümündə İranın əlinin ola biləcəyi haqqında da fikirlər var. Bütün bunlara görə respublikaçıların nüfuzlu təmsilçiləri senatorun ölümünün səbəblərini araşdırmağa və Rusiyanın bu hadisədə iştirak edib-etmədiyinə aydınlıq gətirilməsini istəyirlər.

Konspiroloji fikirləri şərh etməyi sevmədiyim üçün, senator Lindsi Qremin qəfil ölümünün səbəblərinə toxunmaq istəmirəm.
Mənim üçün cəmiyyətlərin nə düşündüyünü bilmək baxımından senator Lindsi Qremin ölümünə reaksiyalar çox düşündürücüdür. Senator Lindsi Qremin ölümü ilə bağlı xəbər Rusiya və İranda sevinclə, Türkiyə ictimai rəyində məmnunluqla qarşılandığı halda, Ukrayna və İsraildə böyük kədərə səbəb olub. İraq və Suriya kürdlərinin təmsilçiləri də senator Lindsi Qremin ölümü ilə bağlı dərin kədərlərini ifadə ediblər.

Sosial şəbəkələrin Azərbaycan seqmentində senator Lindsi Qremin ölümünə birmənalı münasibət müşahidə ounmur. Rusiya, İran və Türkiyə ictimai rəy liderləri kimi senator Lindsi Qremin ölümünə sevinənlər olsa da, Rusiya və İrana qarşı sərt mövqeyi ilə seçilən Lindsi Qremin ölümünə təəssüflənənlər çoxluq təşkil edir. Belə görünür ki, Azərbaycan cəmiyyəti çoxsaylı kənar müdaxilələlərə baxmayaraq hələ də avrasiyaçı topluma çevrilməyib. Azərbaycan cəmiyyəti hələ də gələcəyinin Ukrayna və İsrailin aid olduğu siyasi coğrafiya ilə bağlı olduğu qənaətindədir. Bu isə toplumun gələcəyi ilə bağlı nikbinliyi artırır.
Azərbaycan xalqının böyük hissəsi dərk edir ki, Lindsi Qrem kimi şəxslər olmasa Rusiya və İran böyük bir çoğrafiyada xalqların öz müqəddəratını təyin etmə hüququnu gerçəkləşdirmək cəhdinə soyqırımı ilə cavab verəcəklər.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya yol ayrıcında: Müharibə, yoxsa danışıqlar?

redaktor

İran Hörmüz boğazının yenidən bağlandığını elan etdi

redaktor

FIFA rəhbərliyinin şəffaflıq məsələsi sual altındadır

admin