DünyaSiyasət

Putinin, Kremlin “Bayden” həsrəti

Bir neçə gündür ki, bu yazının tezisləri haqqında düşünürdüm, yazmaq istəyi də ona görə yarandı ki, son 1,5 ildə ağıllı-ağılsız insanlardan, “şəbəkə əhlindən” bəzən təhqirlər eşitdim, hətta gəlib bu mövzularda ciddi yazılara hırıldayıb gedənləri gördüm. Daha bir səbəbi odur ki, informasiyanın sürəti və çox çeşidli olması insanları “balıqlaşdırıb” – sanki yaddaşımız “5 saniəlik” olub, israr etdiklərimiz, əmin olduğumuz məsələlər yanlış çıxanda üzr istəmək, səhvini anlamaq əvəzinə “balıq kimi”, heç nə olmamış kimi davranıb, növbəti yanlışlara doğru gedirik, təhqir etdiyimiz insanlardan üzr belə istəmirik, bəsit, primitiv, absurd şərh, yazı, fikirlərə görə utanmırıq.

ABŞ prezident seçkilərindən öncə Putin açıq şəkildə bəyan etdi ki, ona, onlra Baydenin qalib gəlməsi sərf edir – o zaman yazdım ki, sınıq saat sutkada 2 dəfə düz zaman göstərdiyi kimi, Putin də arada səmimi olur, düz deyir.

Həmən üzərimə töklüşdülər ki, Putin Trampa kömək etmək üçün belə deyib, Tramp Putinin adamıdır, “agent Krasnovdur”, Putinin əlində “kasetlər” var, Rusiya Tramp üçün çalışır. Putin o müsahibədə niyə Baydeni istədiklərini də dedi – söylədi ki, o daha öngörüləndir, daha çəkincəli davranır.

Xatırlayın, Bayden Ukraynaya silahı qramla, zülmlə verirdi, 2023-də tam 7 ay silah tədarükünü minimuma endirdi, Ukrayna xalqı öz qəhramanlığı ilə ayaqda qaldı. Bundan başqa, ABŞ, Bayden Ukraynaya Rusiyanın ərazisinə (beynəlxalq səviyyədə tanınan) sapandla daş etmağa belə imkan vermirdi, qadağalar qoymuşdu.
Tramp səmimi şəkildə ilk əvvəl müharibəni bitirməyə çalışdı – təbii ki, əsas öz maraqlarına uyğun şəkildə, amma, Putin buna getmədi, Donbasda meşəbəyinin daxması uğrunda vuruşmağa davam etdi. Nəticədə Tramp dedi ki, gedin vuruşun, özünüz bilərsiniz, bir neçə ay əvvəl publik bəyan etdi ki, Rusiyanın iç bölgələrini vurmaq yaxşı ideyadır, bu gün Ukrayna Rusiya ərazisini dağıdırsa, bunu ABŞ-ın birbaşa köməyi ilə edir, Kreml isə qorxusundan ABŞ-a heç nə demir, günahı AB üzərinə atır.

Yaxşı, o təhqir edənlər var idi ha, gülə-gülə, “sən bilmirsən e, Krasnov Putinin adamıdır, kasetlər var”, deyənlər indi hardadırlar?! Putin niyə o kaseti çıxardıb ABŞ-ın Ukrayna əli ilə vurduğu zərbələri dayandırmır?! Niyə “Krasnova” əmr vermir ki, Ukraynanı məğlub etsin, təslim etdirsin?!

Bu gün Rusiyanın düşdüyü durumum əsas səbəbkarı ABŞ-ın Ukraynaya heç bir qadağa qoymaması, silah-sursatı, kəşfiyyat məlumatlarını, yeni texnologiyaları Avropanın puluna Kiyevə satmasıdır. Kreml buna qarşı heç nə edə bilmir, ürəyində, “hardasan ay Bayden”, deyib fəryad edir.

Nə isə, bunu yazdım ki, istinad üçün qalsın, gələn bazar günü də, aşağı-yuxarı eyni insanların İran məsələsinə görə niyə üzərimə gəldiyini izah edəcəm…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ İrana qarşı növbəti hücuma başladı

redaktor

Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?

redaktor

Sistani niyə Xameneinin cənazəsi üstünə getmədi?

redaktor